Avropa Liqasının Bakıda keçiriləcək finalında Türkiyə təmsilçisi olmayacaq

Avropa Liqasının Bakıda keçiriləcək finalında Türkiyə təmsilçisi olmayacaq "Fənərbağça"nın ardından "Qalatasaray" da mübarizəni dayandırıb
Futbol
22 Fevral , 2019 01:54
Avropa Liqasının Bakıda keçiriləcək finalında Türkiyə təmsilçisi olmayacaq

Bakı. 22 fevral. REPORT.AZ/ Futbol üzrə Avropa Liqasının 1/16 final mərhələsinə yekun vurulub.

"Report"un məlumatına görə, Türkiyə təmsilçilərindən "Fənərbağça"nın ardından "Qalatasaray" da mübarizəni dayandırıb.

"Sarı-qırmızılar" İstanbulda 1:2 hesabı ilə uduzduqları "Benfika" ilə Portuqaliyada qolsuz heç-heçə ediblər.

Beləliklə, Bakıda keçiriləcək final matçında Türkiyənin heç bir təmsilçisinin olmayacağı dəqiqləşib.

Əvəzində 1/8 finala "Benfika" ilə yanaşı, İtaliyanın "İnter", Ukraynanın "Dinamo" (Kiyev), İngiltərənin "Çelsi", Fransanın "Renn", Çexiyanın "Slaviya" (Praqa) və Rusiyanın "Krasnodar" klubları yüksəlib. Daha əvvəl bu hüquqa İspaniyanın "Vilyarreal", "Valensiya" və "Sevilya", İngiltərənin "Arsenal", Almaniyanın "Ayntraxt" (Frankfurt), Rusiyanın "Zenit", Avstriyanın "Zaltsburq", Xorvatiyanın "Dinamo" (Zaqreb), İtaliyanın "Napoli" komandaları sahib çıxıb.

Qeyd edək ki, 1/8 final mərhələsinin püşkü bu gün atılacaq. UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında təşkil olunacaq mərasim Bakı vaxtı ilə saat 16:00-da başlanacaq. Oyunlar martın 7-də və 14-də olacaq. Final görüşü isə mayın 29-da Bakı Olimpiya Stadionunda təşkil ediləcək.

Avropa Liqası

1/16 final, cavab oyunları

21 fevral

21:55. "Arsenal" (İngiltərə) - BATE (Belarus) - 3:0

Qollar: Zaxar Volkov, 4 (öz qapısına). Şkodran Mustafi, 39. Sokratis Papastatopulos, 60

İlk oyun – 0:1

21:55. "Dinamo" (Zaqreb, Xorvatiya) - "Viktoriya" (Plzen, Çexiya) - 3:0

Qollar: Mislav Orşiç, 15. Emir Dilaver, 34. Bruno Petkoviç, 73

İlk oyun - 1:2

21:55. "Ayntraxt" (Frankfurt, Almaniya) - "Şaxtyor" (Donesk, Ukrayna) - 4:1

Qollar: Luka Yoviç, 23. Sebastyan Haller, 27 (pen.); 80. Ante Rebiç, 88 - Junior Moraeş, 64

İlk oyun - 2:2

21:55. "Napoli" (İtaliya) - "Sürix" (İsveçrə) - 2:0

Qollar: Simone Verdi, 43. Adam Unas, 75

İlk oyun - 3:1

21:55. "Zaltsburq" (Avstriya) - "Brügge" (Belçika) - 4:0

Qollar: Ksaver Şlager, 17. Patson Daka, 29; 43. Munas Dabbur, 90+4

Dəqiq yerinə yetirilməyən penalti: Munas Dabbur, 11 ("Zaltsburq")

İlk oyun - 1:2

21:55. "Valensiya" (İspaniya) - "Seltik" (Şotlandiya) - 1:0

Qollar: Kevin Qameyro, 70.

İlk oyun - 2:0

Qollar: Pablo Fornals, 80 - Brunu Fernandeş, 45+1

İlk oyun – 1:0

21:55. “Zenit” (Rusiya) – “Fənərbağça” (Türkiyə) - 3:1

Qollar: Məhəmməd Ozdoyev, 4. Sərdar Azmun, 37; 76 - Mehmet Topal, 43

İlk oyun - 0:1

24:00. "Bayer" (Leverkuzen, Almaniya) - "Krasnodar" (Rusiya) - 1:1

Qollar: Çarles Arangis, 87 - Məhəmməd Süleymanov, 84

İlk oyun – 0:0

24:00. "Benfika" (Portuqaliya) - "Qalatasaray" (Türkiyə) - 0:0

İlk oyun - 2:1

24:00. "Çelsi" (İngiltərə) - "Malmö" (İsveç) - 3:0

Qollar: Olivye Jiru, 55. Ross Barkli, 74. Kallum Hadson-Odoy, 84

İlk oyun - 2:1

24:00. "Dinamo" (Kiyev, Ukrayna) - "Olimpiakos" (Yunanıstan) - 1:0

Qol: Fran Sol, 32

İlk oyun – 2:2

24:00. "Genk" (Belçika) - "Slaviya" (Praqa, Çexiya) - 1:4

Qollar: Leandro Trossard, 10 - Vladimir Kufal, 23. İbrahim-Benjamin Traore, 54. Milan Şkoda, 64; 69

İlk oyun – 0:0

24:00. "İnter" (İtaliya) - "Rapid" (Vyana, Avstriya) - 4:0

Qollar: Matias Vesino, 11. Andrea Ranokkya, 18. İvan Perişiç, 80. Matteo Politano, 87

İlk oyun – 1:0

24:00. "Betis" (İspaniya) - "Renn" (Fransa) - 1:3

Qollar: Covani Lo Çelso, 41 - Rami Bensebaini, 22. Adrian Hunu, 30. MBaye Nyanq, 90+4

İlk oyun – 3:3

Son xəbərlər

Orphus sistemi