Yuxarı

​Avropa Liqasının 1/16 final mərhələsinə yekun vurulacaq

Qarşılaşmalar müxtəlif saatlarda oynanılacaq

Bakı. 26 fevral. REPORT.AZ/ Bu gün Avropa Liqasında 1/16 final mərhələsinin cavab oyunları keçiriləcək. "Report"un məlumatına görə, qarşılaşmalar müxtəlif saatlarda baş tutacaq.

Bakı vaxtilə saat 21:00-da iki görüş baş tutacaq ki, bu oyunlarda "Dinamo" (Moskva) və "Zenit" (Peterburq) rəqiblərini qəbul edəcək. "Anderlext" Moskvada, PSV isə Peterburqda meydana çıxacaq. Bir saat sonra isə 7 qarşılaşmanın start fiti səslənəcək.

Türkiyə təmsilçisi "Beşiktaş" doğma azarkeşlər önündə "Liverpul"u qəbul edəcək. İngiltərədə minimal (0:1) hesabı ilə məğlub olan "qara qartallar" növbəti mərhələyə vəsiqə qazanmağa çalışacaq.

"Qarabağ"la eyni qrupda yer alan "İnter" isə Milanda Şotlandiya "Seltik"ini sınağa çəkəcək. Tərəflər arasındakı ilk görüş 3:3 hesabı ilə başa çatıb.

Bakı vaxtilə saat 00:05-də də 7 qarşılaşma start götürəcək. Digər bir Türkiyə təmsilçisi "Trabzonspor" İtaliyada "Napoli" ilə qaşrılaşacaq. Trabzonda qeydə alınan 0:4 hesablı məğlubiyyətdən sonra "bordo mavilər"in işi heç də asan olmayacaq.

21:00."Dinamo" (Rusiya) - "Anderlext" (Belçika)

İlk görüş:

21:00. "Zenit" (Rusiya) - PSV (Hollandiya)

İlk görüş: 1:0

22:00. "Borussiya" (Münxenqladbax, Almaniya) - "Sevilya" (İspaniya)

İlk görüş: 0:1

22:00. "Beşiktaş" (Türkiyə) - "Liverpul" (İngiltərə)

İlk görüş: 0:1

22:00. "Zaslburq" (Avstriya) - "Vilyarreal" (İspaniya)

İlk görüş: 1:2

22:00. "Fiorentina" (İtaliya) - "Tottenhem" (İngiltərə)

İlk görüş: 1:1

22:00. "Dinamo" (Kiyev, Ukrayna) - "Qenqam" (Fransa)

İlk görüş: 1:2

22:00. "İnter" (İtaliya) - "Seltik" (Şotlandiya)

İlk görüş: 3:3

22:00. "Legiya" (Polşa) - "Ayaks" (Hollandiya)

İlk görüş: 0:1

00:05. "Feyenoord" (Hollandiya) - "Roma" (İtaliya)

İlk görüş: 1:1

00:05. "Sportinq" (Portuqaliya) - "Volfsburq" (Almaniya)

İlk görüş: 0:2

00:05. "Olimpiakos" (Yunanıstan) - "Dnepr" (Ukrayna)

İlk görüş: 0:2

00:05. "Napoli" (İtaliya) - "Trabzonspor" (Türkiyə)

İlk görüş: 4:0

00:05. "Everton" (İngiltərə) - "Yanq Boyz" (İsveçrə)

İlk görüş: 4:1 

00:05. "Atletik" (İspaniya) - "Torino" (İtaliya)

İlk görüş: 2:2

00:05. "Brügge" (Belçika) - "Olborq" (Danimarka)

İlk görüş: 3:1

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi