Avropa Liqasında yarımfinal mərhələsinin püşkü atılıb

Avropa Liqasında yarımfinal mərhələsinin püşkü atılıb "Liverpul" "Vilyarreal"la qarşılaşacaq
Futbol
15 Aprel , 2016 13:39
Avropa Liqasında yarımfinal mərhələsinin püşkü atılıb

Bakı. 15 aprel. REPORT.AZ/ Futbol üzrə Avropa Liqasında yarımfinal mərhələsinin püşkatma mərasimi keçirilib. "Report"un məlumatına görə, mərasim UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında baş tutub. 

Avropa Liqasının səfiri, ötənlərin tanınmış isveçrəli futbolçusu Aleksandr Frayın çəkdiyi püşk nəticəsində Ukrayna "Şaxtyor"u İspaniya "Sevilya"sına, İspaniya "Vilyarreal"ı isə İngiltərənin "Liverpul" klubuna rəqib olub. "Vilyarreal" - "Liverpul" cütünün qalibi finalda nominal ev sahibi olacaq. 

İlk oyunlar 28 apreldə, cavab görüşü 5 mayda olacaq. Final qarşılaşması isə İsveçrənin Bazel şəhərindəki "Sent-Yakob Park"da təşkil ediləcək. 

Son xəbərlər

Orphus sistemi