Yuxarı
    Bağlamaq

    Avropa Liqasında qrup mərhələsinin tamaşaçı rekordu yenilənib

    Almaniyada Dortmund Borussiyası ilə Rusiya Krasnodarı arasındakı matçı 55200 tamaşaçı izləyib

    Bakı. 18 sentyabr. REPORT.AZ/ Almaniyanın "Borussiya" (Dortmund) komandası Avropa Liqasının qrup mərhələsinin tamaşaçı rekordunu yeniləyib. "Report"un məlumatına görə, "Qəbələ" ilə eyni qrupda yer alan "Borussiya"nın ilk turda Rusiya "Krasnodar"ı ilə ev oyununu 55200 nəfər izləyib. 

    Əvvəlki rekord "Şalke 04"ə məxsus olub - 53123 tamaşaçı. Ümumilikdə Avropa Liqasında ən çox azarkeş Ukraynanın "Dinamo" (Kiyev) və İngiltərənin "Everton" klubları arasında ötən il martın 19-da keçirilmiş 1/16 final matçına gəlib - 67553 nəfər. Avroliqanın təsnifat mərhələsinin ən baxımlı oyunu isə avqustun 6-da elə "Borussiya" ilə Almaniya "Volfsberq"i arasında baş tutub. III təsnifat mərhələsinin cavab görüşü Dortmund komandasının böyük hesablı qələbəsi ilə yekunlaşıb - 5:0. Matçı 65190 tamaşaçı izləyib. 

    Qeyd edək ki, "Borussiya" - "Krasnodar" matçında meydan sahibləri qalib gəlib - 1:0. "Qəbələ"nin PAOK-la qarşılaşmasında isə hesab açılmayıb - 0:0. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi