Yuxarı

Avropa Liqasında "play-off" mərhələsinin ilk oyunları keçirilib - NƏTİCƏLƏR

​Avropa Liqasında "play-off" mərhələsinin ilk oyunları keçirilib

Bu gün UEFA Avropa Liqasında pley-off mərhələsinə start verilib.

"Report"un məlumatına görə, ilk oyunlar çərçivəsində 21 matç baş tutub. Azərbaycanın turnirdəki yeganə təmsilçisi "Qarabağ" Şimali İrlandiyada "Linfild"in qonağı olub. Qarşılaşma Ağdam təmsilçisinin 2:3 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Türkiyənin "Trabzonspor" klubu da ilk oyununu səfərdə keçirib. Ünal Karamanın baş məşqçisi olduğu kollektiv Yunanıstanda AEK-i məğlubiyyətə uğradıb - 3:1.

Azərbaycanlı futbolçusu Ayaz Quliyevin çıxış etdiyi Rusiya "Spartak"ı isə Portuqaliyada "Braqa"ya minimal hesabla uduzub - 0:1

Avropa Liqası

"Play-off" mərhələsi, ilk oyunlar

18:00. "Astana" (Qazaxıstan) - BATE (Belarus) 3:0

19:00. "Ararat" (Ermənistan) - "Düdelanj" (Lüksemburq) - 2:1

21:00. “Malmö” (İsveç) - “Bney Yehuda” (İsrail) 3:0

21:00. "Suduva" (Litva) - "Ferentsvaroş" (Macarıstan) - 0:0

21:30. “Feyenoord” (Hollandiya) - “Hapoel Bier-Şeva” (İsrail) - 3:0

21:30. "Ludoqorets" (Bolqarıstan) - "Maribor" (Sloveniya) - 0:0

21:45. "Kopenhagen" (Danimarka) - "Riqa" (Latviya) - 3:1

22:00. AEK (Yunanıstan) - "Trabzonspor" (Türkiyə) - 1:3

22:00. "Legiya" (Polşa) - “Reyncers” (Şotlandiya) 0:0

22:30. “Alkmaar” (Hollandiya) - “Antverpen” (Belçika) - 1:1

22:30. "Styaua" (Rumıniya) - "Vitoriya" (Gimaraynş, Portuqaliya) - 0:0

22:30. “Gent” (Belçika) - “Riyeka” (Xorvatiya) - 2:1

22:30. PSV (Holldnaiya) - “Apollon” (Kipr) 3:0.

22:30. “Strasburq” (Fransa) - “Ayntraxt” (Almaniya) - 1:0

22:45. "Braqa" (Portuqaliya) - "Spartak" (Rusiya) - 1:0

22:45. "Seltik" (Şotlandiya) - AİK (İsveç) - 2:0

22:45. "Linfild" (Şotlandiya) - "Qarabağ" (Azərbaycan) - 3:2

23:00. “Espanyol” (İspaniya) - “Zarya” (Ukrayna) - 3:1

23:00. "Partizan" (Serbiya) - "Molde" (Norveç) - 2:1

23:00. "Slovan" (Slovakiya) - PAOK (Yunanıstan) - 1:0

23:00. "Torino"(İtaliya) - “Vulverhempton” (İngiltərə) - 2:3

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi