Avropa Liqasında həftənin ən yaxşı oyunçusu adına namizədlər açıqlanıb

Avropa Liqasında həftənin ən yaxşı oyunçusu adına namizədlər açıqlanıb UEFA Avropa Liqasında həftənin ən yaxşı oyunçusu adına namizədləri açıqlayıb.
Futbol
19 Aprel , 2019 09:20
Avropa Liqasında həftənin ən yaxşı oyunçusu adına namizədlər açıqlanıb

UEFA Avropa Liqasında həftənin ən yaxşı oyunçusu adına namizədləri açıqlayıb.

“Report” Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, 1/4 final mərhələsinin cavab matçlarından sonra bu ada Pedro Rodriqes (“Çelsi”, İngiltərə), Filip Kostiç (“Ayntraxt”, Almaniya), Petr Şevçik (“Slaviya”, Çexiya) və Antonio Latorre (“Valensiya”) iddia edir.

Pedro və Şevçik “Çelsi”nin “Slaviya”nı 4:3 hesabı ilə məğlub etdiyi görüşdə dubla izma atıblar. Petr həm də məhsuldar ötürmə ilə yadda qalıb. Kostiç Portuqaliya “Benfika”sını 2 cavabsıq qolla üstələdikləri oyunda bir dəfə fərqlənib. Latorre isə “Vilyarreal”ı 2:0 udduqları qarşılaşmada hesabı açıb.

Qeyd edək ki, qaliblər UEFA-nın rəsmi saytında azarkeşlər arasında səsvermə ilə müəyyənləşəcək.

Son xəbərlər

Orphus sistemi