Avropa Liqasında həftənin ən yaxşı futbolçusu müəyyənləşib

Avropa Liqasında həftənin ən yaxşı futbolçusu müəyyənləşib Bakı. 14 dekabr. REPORT.AZ/ UEFA Avropa Liqasında qrup mərhələsinin sonuncu - VI turunun ən yaxşı futbolçusu müəyyənləşib.
Futbol
14 Dekabr , 2018 20:12
Avropa Liqasında həftənin ən yaxşı futbolçusu müəyyənləşib

Bakı. 14 dekabr. REPORT.AZ/ UEFA Avropa Liqasında qrup mərhələsinin sonuncu - VI turunun ən yaxşı futbolçusu müəyyənləşib.

"Report" xəbər verir ki, Fransanın "Renn" komandasının hücumçusu İsmaila Sarr azarkeşlər tərəfindən aparılan sorğuya əsasən, ən yaxşı oyunçu adına layiq görülüb.

Qeyd edək ki, İsmaila Sarr VI turda evdə Qazaxıstan "Astana"sını 2:0 hesabı ilə məğlub etdikləri matçda hər iki qolun müəllifi olub. Komanda bu qələbə sayəsində növbəti mərhələyə vəsiqə qazanıb. "Astana"da Azərbaycan millisinin üzvü Riçard Almeyda da çıxış edir. 

Son xəbərlər

Orphus sistemi