Futbol üzrə Avropa Liqasında finalçılar müəyyənləşib - VİDEO

Futbol üzrə Avropa Liqasında finalçılar müəyyənləşib - VİDEO Həlledici görüş "Mançester Yunayted"lə "Ayaks" arasında olacaq
Futbol
12 May , 2017 00:58
Futbol üzrə Avropa Liqasında finalçılar müəyyənləşib - VİDEO
Reuters

Bakı. 12 may. REPORT.AZ/ Futbol üzrə Avropa Liqasında finalçılar müəyyənləşib.

"Report"un məlumatına görə, həlledici görüşə vəsiqə verən oyunlar İngiltərə və Fransada baş tutub.

Yarımfinal mərhələsinin cavab oyununda "Mançester Yunayted" İspaniyada yendiyi "Selta"nı qəbul edib. Matç heç-heçə yekunlaşıb. "Lion" isə Hollandiyada 1:4 hesabı ilə uduzduğu "Ayaks"dan əvəz çıxmağa çox yaxın olub. Lakin oyunu ən azı uzatma dəqiqələrinə aparmaq üçün 1 qol çatmayıb. Beləliklə, mayın 24-də İsveçin paytaxtı Stokholmdakı "Friends Arena"da keçiriləcək final matçında "Mançester Yunayted"lə "Ayaks" üz-üzə gələcək.

Qeyd edək ki, "Ayaks" 21 ildən sonra avrokubokların həlledici qarşılaşmasında oynayacaq.

Avropa Liqası

Yarımfinal mərhələsi, cavab oyunları

11 may

23:05. "Mançester Yunayted” (İngiltərə) – "Selta” (İspaniya) - 1:1

Qollar: Maruan Fellaini, 17 - Fakundo Renkaqlia, 85

Qırmızı vərəqələr: Erik Bertrand Beylli, 88 - Fakundo Renkaqlia, 89

Baş hakim: Ovidiu Hatseqan (Rumıniya)

İlk oyun – 1:0

23:05. "Lion” (Fransa) – "Ayaks” (Hollandiya) - 3:1

Qollar: Aleksandr Lyakazett, 45; 45+1. Raşid Gezzal, 81 - Kasper Dolberq, 27

Qırmızı vərəqə: Nik Viergever, 84 ("Ayaks")

Baş hakim: Şimon Martsinyak (Polşa)

İlk oyun – 1:4

Son xəbərlər

Orphus sistemi