Avropa Liqasında 1/8 finalın bütün iştirakçıları müəyyənləşəcək

Avropa Liqasında 1/8 finalın bütün iştirakçıları müəyyənləşəcək 1/8 finala ilk vəsiqəni "Braqa" (Portuqaliya) qazanıb
Futbol
25 Fevral , 2016 08:00
Avropa Liqasında 1/8 finalın bütün iştirakçıları müəyyənləşəcək

Bakı. 25 fevral. REPORT.AZ/ Bu gün futbol üzrə Avropa Liqasının 1/8 final mərhələsinin bütün iştirakçıları müəyyənləşəcək. "Report"un məlumatına görə, gecədə 15 cütün taleyinə aydınlıq gələcək.

Türkiyənin "Qalatasaray" klubu səfərdə İtaliya "Latsio"su ilə qarşılaşacaq. İstanbulda keçirilmiş ilk qaşrılaşmada 1:1 hesabı qeydə alındığından, "sarı-qırmızılar" mərhələ keçmək üçün ya qələbə qazanmalı, ya da ən azı 2:2 hesablı bərabərlik əldə etməlidirlər. Oyunun əsas vaxtı 1:1 hesabı ilə başa çatacağı təqdirdə əlavə vaxta ehtiyac olacaq. "Qalatasaray"ın heyətində Sinan Gümüş, "Latsio"da isə Dubas Basta, Stefan de Vrey zədəlidir. Keyta Balde Diao isə qırmızı vərəqə cəzalısı olduğundan meydana çıxa bilməyəcək. UEFA bu görüşə Rusiyadan olan hakimlər briqadasına təyinat verib. Qarşılaşmanı FİFA referisi Vladislav Bezborodov idarə edəcək.

Digər Türkiyə təmsilçisi "Fənərbağça" isə Rusiya "Lokomotiv"inin qonağı olacaq. İstanbul təmsilçisi doğma meydanda keçirilmiş ilk görüşdə 2:0 hesablı qələbə qazandığından səfərə "Qalatasaray"la müqayisədə daha rahat yollanıb. "Sarı-lacivərtlər" Robin van Persi və Nani də olmaqla 20 nəfərlik heyətlə Moskvaya yollanıb. Bugünədək Rusiya komandaları ilə 5 oyun keçirən "Fənərbağça" ÇSKA (2:2, 3:1) və "Spartak"la (1:2, 1:1) da qarşılaşıb. Oyunun baş hakimi slovakiyalı İvan Krujlyak olacaq.

Türkiyə və Rusiya arasında siyasi gərginlik olduğundan oyunların birinin Moskvada keçirilməsi, digərinə isə rusiyalı baş hakimin təyinat alması hər iki qarşılaşmanı maraqlı edən amillərdəndir.

Gecənin demək olar ki, nəticəsi əvvəlcədən məlum olan qarşılaşması Avstriyada keçiriləcək. "Valensiya" səfərdə "Rapid"lə üz-üzə gələcək. İspaniyada baş tutan ilk qarşılaşmada "Valensiya" rəqib qapısından 6 cavabsız top keçirdiyindən cütün qalibini əvvəlcədən təxmin etmək elə də çətin deyil.

Qeyd edək ki, 1/16 final mərhələsinin cavab görüşlərinə dünən keçirilən "Braqa" (Portuqaliya) - "Syon" (İsveçrə) oyunu (2:2) ilə start verilib. İlk matçda rəqibini 2:1 hesabıyla üstələyən "Braqa" adını 1/8 finala yazdıran ilk kollektiv olub.

Avropa Liqası, 1/16 final, cavab görüşləri

20:00. "Lokomotiv" (Moskva, Rusiya) - "Fənərbağça" (Türkiyə)

İlk oyun: 0:2

22:00. "Latsio" (İtaliya) - "Qalatasaray" (Türkiyə)

İlk oyun: 1:1

22:00. "Krasnodar" (Rusiya) - "Sparta" (Çexiya)

İlk oyun: 0:1

22:00. "Şalke" (Almaniya) - "Şaxtyor" (Ukrayna)

İlk oyun: 0:0

22:00. "Liverpul" (İngiltərə) - "Auqsburq" (Almaniya)

İlk oyun: 0:0

22:00. "Bayer" (Almaniya) - "Sportinq" (Portuqaliya)

İlk oyun: 1:0

22:00. "Rapid" (Avstriya) - "Valensiya" (İspaniya)

İlk oyun: 0:6

22:00. "Atletik" (İspaniya) - "Marsel" (Fransa)

İlk oyun: 1:0

00:05. "Portu" (Portuqaliya) - "Borussiya" (Dortmund, Almaniya)

İlk oyun: 0:2

00:05. "Bazel" (İsveçrə) - "Sent-Etyen" (Fransa)

İlk oyun: 2:3

00:05. "Olimpiakos" (Yunanıstan) - "Anderlext" (Belçika)

İlk oyun: 0:1

00:05. "Molde" (Norveç) - "Sevilya" (İspaniya)

İlk oyun: 0:3

00:05. "Mançester Yunayted" (İngiltərə) - "Mityulland" (Danimarka)

İlk oyun: 1:2

00:05. "Napoli" (İtaliya) - "Vilyarreal" (İspaniya)

İlk oyun: 0:1

00:05. "Tottenhem" (İngiltərə) - "Fiorentina" (İtaliya)

İlk oyun: 1:1

Son xəbərlər

Orphus sistemi