Yuxarı

​Avropa Liqasında 1/8 final mərhələsinin oyunları keçirilib - NƏTİCƏLƏR

Zenit qələbə qazanıb, Beşiktaş isə məğlub olub

Bakı. 13 mart. REPORT.AZ/ 12-13 mart tarixlərində yaşıl meydanlarda UEFA Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyunlarına start verilib.

"Report"un məlumatına görə, "Qarabağ"ı qrup mərhələsində turnirdən kənarlaşdıran "Dnerp" klubu Ukraynada "Ayaks"ı qonaq edib və 1:0 hesabı ilə qələbə qazanıb.

Digər görüşdə Türkiyənin "Beşiktaş" klubu Belçika "Brügge"si ilə səfər matçından 2:1 hesablı məğlubiyyətlə geri dönüb. Rusiyanın "Zenit" və "Dinamo" kollektivlərindən biri qələbəyə sevindiyi halda, digəri məğlubiyyətə üzülüb.

Gecənin bu və digər nəticələri belədir:

“Brügge” (Belçika) – “Beşiktaş” (Türkiyə) – 2:1

“Zenit” (Rusiya) – “Torino” (İtaliya) – 2:0

“Dnepr” (Ukrayna) - “Ayaks” (Niderland) – 1:0

“Volfsburq” (Almaniya) - “İnter” (İtaliya) – 3:1

“Everton” (İngiltərə) - “Dinamo” (Kiyev, Ukrayna) – 2:1

“Fiorentina” (İtaliya) - “Roma” (İtaliya) – 1:1

“Napoli” (İtaliya) - “Dinamo” (Moskva, Rusiya) -3:1

“Vilyarreal” (İspaniya) - “Sevilya” (İspaniya) – 1:3.

1/8 final mərhələsinin cavab oyunları martın 19-da keçiriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi