Avropa Liqasında "Beşiktaş"ın növbəti rəqibi müəyyənləşib

Avropa Liqasında "Beşiktaş"ın növbəti rəqibi müəyyənləşib 1/8 finalda İspaniya və İtaliyanın hərəyə 2 komandası bir-birinə rəqib olub
Futbol
27 Fevral , 2015 16:28
Avropa Liqasında Beşiktaşın növbəti rəqibi müəyyənləşib

Bakı. 27 fevral. REPORT.AZ/ Bu gün futbol üzrə Avropa Liqasında 1/8 final mərhələsinin püşkü atılıb. "Report"un məlumatına görə, İsveçrənin Nyon şəhərində təşkil olunan mərasimdə cütlərin tərkibi "kor püşk"lə müəyyənləşib.

Türkiyə təmsilçisi "Beşiktaş" 1/4 final mərhələsinə vəsiqə qazanmaq üçün Belçikanın "Brügge" klubu ilə qarşılaşacaq. Püşk İspaniya və İtaliya klublarını bir-birilərinə rəqib edib. "Vilyarreal" bu mərhələdə "Sevilya", "Fiorentina" isə "Roma" ilə üz-üzə gələcək.

"Everton" (İngiltərə) - "Dinamo" (Kiyev, Ukrayna)

"Dnepr" (Ukrayna) - "Ayaks" (Hollandiya)

"Zenit" (Rusiya) - "Torino" (İtaliya)

"Volfsburq" (Danimarka) - "İnter" (İtaliya)

"Vilyarreal" (İspaniya) - "Sevilya" (İspaniya)

"Napoli" (İtaliya) - "Dinamo" (Moskva, Rusiya)

"Brügge" (Belçika) - "Beşiktaş" (Türkiyə)

"Fiorentina" (İtaliya) - "Roma" (İtaliya)

Qeyd edək ki, 1/8 final mərhələsinin ilk oyunları martın 12-də, cavab görüşləri isə ayın 19-da keçiriləcək.

Son xəbərlər

Orphus sistemi