Yuxarı

​Avropa Liqasında 1/8 final mərhələsinin püşkü atılıb

Fənərbağça Portuqaliya klubu ilə qarşılaşacaq

Bakı. 26 fevral. REPORT.AZ/ Bu gün futbol üzrə Avropa Liqasının 1/8 final mərhələsinin püşkatma mərasimi keçirilib. "Report"un məlumatına görə, qitə turnirində yoluna davam edən Türkiyənin "Fənərbağça" klubu Portuqaliya "Braqa"sı ilə qarşılaşacaq.

Maraqlı görüşlərdən biri İngiltərə klubları arasında olacaq. "Liverpul" və "Mançester Yunayted" 1/4 finala yüksəlmək üçün mübarizə aparacaq.

1/8 finalda bu cütlüklər mübarizə aparacaq:

"Fənərbağça" (Türkiyə) - "Braqa" (Portuqaliya)

"Şaxtyor" (Donetsk, Ukrayna) - "Anderlext" (Belçika)

"Bazel" (İsveçrə) - "Sevilya" (İspaniya)

"Vilyarreal" (İspaniya) - "Bayer" (Almaniya)

"Atletik" (İspaniya) - "Valensiya" (İspaniya)

"Liverpul" (İngiltərə) - "Mançester Yunayted" (İngiltərə)

"Sparta" (Çexiya) - "Latsio" (İtaliya)

"Borussiya" (Dortmund, Almaniya) - "Tottenhem" (İngiltərə)

16 komandanın mübarizəsində ilk oyunlar martın 10-da keçiriləcək. Cavab görüşü isə ayın 17-də olacaq.

Qeyd edək ki, Avropa Liqasının final görüşü mayın 18-də 38 min azarkeş tutumuna malik "Bazel"ə məxsus "Sent Yakop Park" stadionunda keçiriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi