​Avropa Liqasında 1/4 final mərhələsinin ilk oyunları keçiriləcək

​Avropa Liqasında 1/4 final mərhələsinin ilk oyunları keçiriləcək İspaniyanın 2 klubu bir-biri ilə qarşılaşacaq
Futbol
7 Aprel , 2016 07:00
​Avropa Liqasında 1/4 final mərhələsinin ilk oyunları keçiriləcək

Bakı. 7 aprel. REPORT.AZ/ Bu gün futbol üzrə Avropa Liqasında 1/4 final mərhələsinin ilk oyunları keçiriləcək. "Report"un məlumatına görə, bütün görüşlər eyni saatda başlanacaq.

İspaniyanın "Atletik" komandası eyni ölkə təmsilçisi "Sevilya"nı qonaq edəcək. İngiltərəli referi Mark Klattenburqun idarə edəcəyi oyun Bilbaodakı "San Mames" stadionunda keçiriləcək. "Atletik" ən güclü 8 komanda sırasına düşmək üçün digər İspaniya təmsilçisi "Valensiya"nı məğlub edibsə, "Sevilya" öncəki mərhələdə "Bazel"dən üstün olub.

Daha bir maraqlı oyun Almaniyada keçiriləcək. Dortmund "Borussiya"sı İngiltərənin "Liverpul" klubunu sınağa çəkəcək. "Siqnal İduna Park"da baş tutacaq görüş ispaniyalı Karlos Velasko Karbalyoya həvalə olunub. "Borussiya" 1/8 finalda İngiltərənin digər təmsilçisi "Tottenhem"i yarışdan kənarlaşdırıbsa, "Liverpul" gücünü Premyer Liqanın başqa bir iştirakçısı "Mançester Yunayted"ə göstərib.

Digər oyunlarda isə "Vilyarreal" (İspaniya) "Sparta"nı (Çexiya), "Braqa" (Portuqaliya) isə "Şaxtyor"u (Ukrayna) qəbul edəcək.

Avropa Liqası, 1/4 final, ilk oyunlar

23:05. "Borussiya" (Dortmund, Almaniya) - "Liverpul" (İngiltərə)

Baş hakim: Karlos Velasko Karbalyo (İspaniya)

Dortmund. "Siqnal İduna Park"

23:05. "Atletik" (Bilbao, İspaniya) - "Sevilya" (İspaniya)

Baş hakim: Mark Klattenburq (İngiltərə)

Bilbao. "San Mames"

23:05. "Vilyarreal" (İspaniya) - "Sparta" (Çexiya)

Baş hakim: Ovidiu Alin Xetseqan

Vilyarreal. "El Madriqal"

23:05. "Braqa" (Portuqaliya) - "Şaxtyor" (Ukrayna)

Baş hakim: Yunas Erikkson (İsveç)

Braqa. "Braqa Munisipal"

Qeyd edək ki, cavab görüşləri aprelin 14-də keçiriləcək.

Son xəbərlər

Orphus sistemi