Yuxarı
    Bağlamaq

    Avropa Liqasında 1/4 finalçılar müəyyənləşəcək

    Beşiktaş Yunanıstan Olimpiakosunu qəbul edəcək

    Bakı. 16 mart. REPORT.AZ/ Bu gün futbol üzrə Avropa Liqasında 1/8 final mərhələsinin cavab görüşləri keçiriləcək.

    "Report"un məlumatına görə, Türkiyənin yeganə təmsilçisi "Beşiktaş" Yunanıstan "Olimpiakos"unu qəbul edəcək.

    Bu komandalar arasında bir həftə öncəki qarşılaşmada 1:1 hesablı heç-heçə qeydə alınıb. Ona görə "qartallar"a mərhələ adlamaq üçün qolsuz heç-heçə də kifayət edir.

    Səfərdən eyni hesablı heç-heçə ilə dönən İngiltərə "Mançester Yunayted"i və Almaniyanın "Borussiya" (Münhenqladbax) komandası ilə yanaşı, qələbə qazanmağı bacaran Belçikanın "Gent" və "Anderlext" komandaları da 1/4 finala vəsiqə baxımından üstünlüyə malikdirlər.

    Avropa Liqası, 1/16 final, cavab görüşləri

    16 mart

    22:00. "Beşiktaş" (Türkiyə) - "Olimpiakos" (Yunanıstan)

    Baş hakim: Maykl Oliver (İngiltərə)

    İstanbul, "Vodafone Arena"

    İlk oyun - 1:1

    22:00. "Krasnodar" (Rusiya) - "Selta" (İspaniya)

    Baş hakim: Ruddi Buke (Fransa)

    Krasnodar stadionu

    İlk oyun - 1:2

    22:00. "Genk" - "Gent" (Hər ikisi Belçika)

    Baş hakim: Alberto Undiano Malyenko (İspaniya)

    Genk, "Luminus Arena"

    İlk oyun - 5:2

    17 mart

    00:05. "Borussiya" (Münhenqladbax) - "Şalke" (Hər ikisi Almaniya)

    Baş hakim: Mark Klattenburq (İngiltərə)

    Münhenqladbax, "Borussia-Park" stadionu

    İlk oyun - 1:1

    00:05. "Anderlext" (Belçika) - APOEL (Kipr)

    Baş hakim: Aleksey Kulbakov (Belarus)

    Brüssel, "Konstant Vanden Stok" stadionu

    İlk oyun - 1:0

    00:05. "Ayaks" (Hollandiya) - "Kopenhagen" (Danimarka)

    Baş hakim: İvan Krujlyak (Slovakiya)

    "Amsterdam ArenA"

    İlk oyun - 1:2

    00:05. "Roma" (İtaliya) - "Lion" (Fransa)

    Baş hakim: Viktor Kaşşai (Macarıstan)

    Roma, "Olimpiko" stadionu

    İlk oyun - 2:4

    00:05. "Mançester Yunayted" (İngiltərə) - "Rostov" (Rusiya)

    Baş hakim: Gediminas Majeyka (Litva)

    Mançester, "Old Trafford" stadionu

    İlk oyun - 1:1

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi