​Avropa Liqasında 1/4 final mərhələsinin püşkü atılıb

​Avropa Liqasında 1/4 final mərhələsinin püşkü atılıb "Dinamo" (Ukrayna) "Fiorentina" ilə, "Zenit" isə "Sevilya" klubu ilə qarşılaşacaq
Futbol
20 Mart , 2015 16:20
​Avropa Liqasında 1/4 final mərhələsinin püşkü atılıb

Bakı. 20 mart. REPORT.AZ/ Bu gün futbol üzrə Avropa Liqasında 1/4 final mərhələsinin püşkatma mərasimi keçirilib. "Report"un məlumatına görə, Avropanın ikinci klub turnirinin püşkatması UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında təşkil olunan tədbirdə həyata keçirilib.

Qeyd edək ki, 1/4 final mərhələsinin oyunları aprelin 16-da və 23-də, yarımfinal mərhələsinin püşkatma mərasimi aprelin 24-də keçiriləcək, görüşlər isə mayın 7-də və 14-də baş tutacaq. Varşavadakı (Polşa) Milli Stadionda keçiriləcək final qarşılaşması isə mayın 27-də olacaq.

Avropa Liqası
(1/4 final mərhələsi)
Sevilya (Ispaniya) Zenit (Rusiya)
Dnepr (Ukrayna) Brügge (Belçika)
Dinamo (Ukrayna) Fiorentina (İtaliya)
Volfsburq (Almaniya) Napoli (İtaliya)

Son xəbərlər

Orphus sistemi