Yuxarı
    Bağlamaq

    Avropa Liqasında 1/16 finalın 3 cavab oyunu keçirilib - VİDEO

    Krasnodar, Şalke və Mançester Yunayted mübarizəni davam etdirir

    Bakı. 22 fevral. REPORT.AZ/ Bu gün Avropa Liqasında 1/16 final mərhələsinin cavab oyunları çərçivəsində 3 matç keçirilib.

    "Report" xəbər verir ki, görüşlər Türkiyə, Fransa və Almaniyada baş tutub.

    Günün matçlarından azərbaycanlı futbol azarkeşləri üçün daha çox maraq doğuranı İstanbuldakı qarşılaşma olub. "Fənərbağça" "Krasnodar"dan səfər məğlubiyyətinin əvəzini çıxa bilməyib. "Şükrü Saracoğlu" stadionundakı heç-heçə türklərin Avroliqada çıxışına son qoyub.

    Digər 2 oyun formal xarakter daşıyıb. İlk matçlarda 3:0 hesabı ilə qalib gələn favoritlər "Şalke" ilə "Mançester Yunayted" mübarizəni davam etdirirlər.

    Xatırladaq ki, almanların məğlub etdiyi PAOK cari mövsümdə Azərbaycan təmsilçisi "Qarabağ”la eyni qrupda yer alaraq hər iki matçda uduzmuşdu - 0:2, 0:1.

    Avropa Liqası, 1/16 final mərhələsi, cavab oyunları

    22 fevral

    21:00. "Fənərbağça” (Türkiyə) – "Krasnodar” (Rusiya) - 1:1

    Qollar: Souza, 42 - Fyodr Smolov, 7

    Baş hakim: Pavel Raçkovski (Polşa)

    İstanbul. "Şükrü Saracoğlu” stadionu

    İlk oyun – 0:1

    21:00. "Şalke” (Almaniya) – PAOK (Yunanıstan) - 1:1

    Qollar: Alessandro Şophf, 23 - Matiya Nastasiç, 25-öz qapısına

    Baş hakim: Luka Banti (İtaliya)

    Qelzenkirhen. "AufŞalke Arena”

    İlk oyun – 3:0

    21:00. "Sent-Etyen” (Fransa) – "Mançester Yunayted” (İngiltərə) - 0:1

    Qol: Henrix Mxitaryan, 17

    Qırmızı vərəqə: Erik Berrand Beylli, 64 ("Mançester Yunayted", ikinci sarı)

    Baş hakim: Dəniz Aytəkin (Almaniya)

    Sent-Etyen. "Coffrua Qişar” stadionu

    İlk oyun – 0:3

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi