Avropa Liqasında 1/16 final mərhələsinin püşkü atılıb

Avropa Liqasında 1/16 final mərhələsinin püşkü atılıb "Qarabağ"ın keçmiş rəqibləri bir-biri ilə qarşılaşacaq
Futbol
11 Dekabr , 2017 16:36
Avropa Liqasında 1/16 final mərhələsinin püşkü atılıb

Bakı. 11 dekabr. REPORT.AZ/ Bu gün futbol üzrə Avropa Liqasının 1/16 final mərhələsinin püşkü atılıb.

“Report” xəbər verir ki, İsveçrənin Nyon şəhərində baş tutan mərasimdə rəqiblər müəyyənləşib. 

"Qarabağ"ın Çempionlar Liqasının "pley-off" mərhələsində mübarizədən kənarlaşdırdığı Danimarka "Kopenhagen"i qrup mərhələsində Azərbaycan təmsilçisi ilə birgə çıxış etmiş İspaniya "Atletiko"suna rəqib olub. 

Püşkün nəticələri:


1/16 final
"Borussiya" (Dortmund, Almaniya) - "Atalanta" (İtaliya) 

"Nitsa" (Fransa) - "Lokomotiv" (Moskva, Rusiya)

"Kohenhagen" (Danimarka) - "Atletiko" (Madrid, İspaniya)

"Spartak" (Moskva, Rusiya) - "Atletik" (Bilbao, İspaniya)

AEK (Afina, Yunanıstan) - "Dinamo" (Kiyev, Ukrayna)

"Seltik" (Şotlandiya) - "Zenit" (Rusiya)

"Napoli" (İtaliya) - "Leyptsiq" (Almaniya)

"Srvena Zvezda" (Serbiya) - MOİK (Moskva, Rusiya)

"Lion" (Fransa) - "Vilyarreal" (İspaniya)

"Real Sosyedad" (İspaniya) - "Zalsburq" (Avstriya)

"Partizan" (Serbiya) - "Viktoriya" (Plzen, Çexiya)

"Styaua" (Rumıniya) - "Latsio" (İtaliya) 

"Lüdoqorets" (Bolqarıstan) - "Milan" (İtaliya) 

"Astana" (Qazaxıstan) - "Sportinq" (Portuqaliya)

"Estersund" (İsveç) - "Arsenal" (İngiltərə)

"Marsel" (Fransa) - "Braqa" (Portuqaliya)

Qeyd edək ki, oyunlar fevralın 15-də və 22-də keçiriləcək. İlk görüşlər adları birinci göstərilən komandaların meydanında olacaq. 

Son xəbərlər

Orphus sistemi