Avropa Liqasında 1/16 final mərhələsinin püşkü atılıb

Avropa Liqasında 1/16 final mərhələsinin püşkü atılıb Türkiyə klublarının rəqibləri müəyyənləşib
Futbol
12 Dekabr , 2016 16:29
Avropa Liqasında 1/16 final mərhələsinin püşkü atılıb

Bakı. 12 dekabr. REPORT.AZ/ Bu gün futbol üzrə Avropa Liqasında 1/16 final mərhələsinin püşkatma mərasimi keçirilib. 

"Report"un məlumatına görə, püşk nəticəsində Türkiyə klublarının rəqibləri müəyyənləşib. 

"Osmanlıspor" Yunanıstan "Olimpiakos"una, "Fənərbağça" Rusiya "Krasnodar"ına, "Beşiktaş" isə İsrailin "Hapoel" (Beer-Şeva) komandasına rəqib olub. 

Bütün cütlərin tərkibi belə müəyyənləşib:

"Atletik (Bilbao, İspaniya) - APOEL (Kipr)

"Legiya" (Polşa) - "Ayaks" (Hollandiya)

"Astra" (Curcu", Rumıniya) - "Genk" (Belçika)

"Anderlext" (Belçika) - "Zenit" (Rusiya)

"Mançester Yunayted" (İngiltərə) - "Sent-Etyen" (Fransa)

"Vilyarreal" (İspaniya) - "Roma" (İtaliya)

"Ludoqorets" (Bolqarıstan) - "Kopenhagen" (Danimarka)

"Selta" (İspaniya) - "Şaxtyor" (Donetsk, Ukrayna)

"Olimpiakos" (Yunanıstan) - "Osmanlıspor" (Türkiyə)

"Gent" (Belçika) - "Tottenhem" (İngiltərə)

"Rostov" (Rusiya) - "Sparta" (Praqa, Çexiya)

"Krasnodar" (Rusiya) - "Fənərbağça" (Türkiyə)

"Borussiya" (Mönxenqladbax, Almaniya) - "Fiorentina" (İtaliya)

AZ (Alkmar, Hollandiya) - "Lion" (Fransa)

"Hapoel" (Beer-Şeva, İsrail) - "Beşiktaş" (Türkiyə)

PAOK (Yunanıstan) - "Şalke" (Almaniya) 

Qeyd edək ki, 1/16 final mərhələsinin oyunları fevralın 16-da və 23-də keçiriləcək.

Son xəbərlər

Orphus sistemi