Avropa Liqasında 1/16 final mərhələsinin püşkü atılır

Avropa Liqasında 1/16 final mərhələsinin püşkü atılır Türkiyənin hər 3 klubu "səpələnmişlər" səbətində yer alıb
Futbol
12 Dekabr , 2016 09:50
Avropa Liqasında 1/16 final mərhələsinin püşkü atılır

Bakı. 12 dekabr. REPORT.AZ/ Bu gün futbol üzrə Avropa Liqasında 1/16 final mərhələsinin püşkü atılacaq. "Report"un məlumatına görə, İsveçrənin Nyon şəhərində keçiriləcək mərasimdə Türkiyənin 3 komandasının da rəqibləri müəyyənləşəcək. 

Onların hamısı - Çempionlar Liqasında 3-cü yeri tutaraq Avroliqada yoluna davam edəcək "Beşiktaş", eləcə də Avroliqa qruplarında 1-ci yeri tutan "Fənərbağça" və "Osmanlıspor" səpələnmişlər səbətində yer alıb.

"Qəbələ"nin çıxış etdiyi C qrupundan mərhələ adlamış Fransanın "Sent-Etyen" klubu səpələnmişlər, Belçika "Anderlext"i isə səpələnməmişlər səbətindədir. "Qarabağ"ın olduğu J qrupundan yoluna davam edən İtaliyanın "Fiorentina" klubu səpələnmişlər, Yunanıstan PAOK-u isə səpələnməmişlər səbətində qərarlaşıb.

1/16 finalda eyni qrupda mübarizə aparan, eyni ölkəni təmsil edən komandalar, eləcə də Rusiya və Ukrayna təmsilçiləri bir-birinə rəqib ola bilməyəcəklər. 

16:00. Püşkatma mərasimi

Avropa Liqası, 1/16 final

"Səpələnmişlər": "Ayaks" (Hollandiya), APOEL (Kipr), "Beşiktaş" (Türkiyə), "Fənərbağça" (Türkiyə), "Fiorentina" (İtaliya), "Genk" (Belçika), "Kopenhagen" (Danimarka), "Lion" (Fransa), "Osmanlıspor" (Türkiyə), "Roma" (İtaliya), "Şalke" (Almaniya), "Şaxtyor" (Donetsk, Ukrayna), "Sparta" (Praqa, Çexiya), "Sent-Etyen" (Fransa), "Tottenhem" (İngiltərə), "Zenit" (Rusiya)

"Səpələnməmişlər": "Anderlext" (Belçika), "Astra" (Rumıniya), "Atletik (Bilbao, İspaniya), AZ (Alkmar, Hollandiya), "Borussiya" (Mönxenqladbax, Almaniya), "Selta" (İspaniya), "Gent" (Belçika), "Hapoel" (Beer-Şeva, İsrail), "Krasnodar" (Rusiya), "Legiya" (Polşa), "Ludoqorets" (Bolqarıstan), "Mançester Yunayted" (İngiltərə), "Olimpiakos" (Yunanıstan), PAOK (Yunanıstan), "Rostov" (Rusiya), "Vilyarreal" (İspaniya)

1/16 final mərhələsinin oyunları fevralın 16-da və 23-də keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi