Bakı. 26 fevral. REPORT.AZ/ Futbol üzrə Avropa Liqasında 1/16 final mərhələsinə yekun vurulub. 1/8 final mərhələsinə Türkiyə təmsilçilərindən yalnız "Fənərbağça" klubu vəsiqə qazanıb.
"Report"un məlumatına görə, "sarı-lacivərdlilər" 1/16 finalda Rusiya "Lokomotiv"ini üstələməyi bacarıblar.
İstanbul komandası doğma meydanda keçirilmiş ilk görüşdə 2:0 hesablı qələbə qazandığından, səfərə daha rahat yollanıb. Moskvadakı oyunda hesabı meydan sahiblərinin əslən azərbaycanlı futbolçusu Aleksandr Səmədov açıb. Lakin matçın sonlarında Mehmet Topal bərabərlik qolunu vuraraq, yekun nəticəni müəyyənləşdirib - 1:1.
"Qalatasaray" isə 1/16 finalda İtaliya "Latsio"su ilə cavab görüşündə uduzaraq, mübarizəni dayandırıb.
Avropa Liqası, 1/16 final, cavab qarşılaşmaları
“Atletik” (İspaniya) - “Marsel” (Fransa)- 1:1(1:0)
“Bayer” (Almaniya) - “Sportinq” (Portuqaliya)- 3:1 (1:0)
“Krasnodar” (Rusiya) - “Sparta” (Çexiya)- 0:3 (0:1)
“Latsio” (İtaliya) - “Qalatasaray” (Türkiyə)- 3:1 (1:1)
“Liverpul” (İngiltərə) - “Auqsburq” (Almaniya)- 1:0 (0:0)
“Rapid” (Avstriya) - “Valensiya” (İspaniya)- 0:4 (0:6)
“Şalke” (Almaniya) - “Şaxtyor” (Ukrayna)- 0:3 (0:0)
“Bazel” (İsveçrə) - “Sent-Etyen” (Fransa)- 2:1 (2:3)
“Porto” (Portuqaliya) – “Borussiya” (Dortmund, Almaniya)- 0:1 (0:2)
“Mançester Yunayted” (İngiltərə) - “Midtyulland” (Danimarka)- 5:1 (1:2)
“Mölde” (Norveç) - “Sevilya” (İspaniya)- 1:0 (0:3)
“Napoli” (İtaliya) - “Vilyareal” (İspaniya)- 1:1 (0:1)
“Olimpiakos” (Yunanıstan) - “Anderlext” (Belçika)- (0:1)
“Tottenhem” (İngiltərə) - “Fiorentina” (İtaliya)- 3:0 (1:1)