Avropa Liqasında 1/16 final mərhələsinə yekun vurulacaq

Avropa Liqasında 1/16 final mərhələsinə yekun vurulacaq Keçiriləcək 13 matçdan sonra bütün 1/8 finalçılar məlum olacaq
Futbol
23 Fevral , 2017 07:23
Avropa Liqasında 1/16 final mərhələsinə yekun vurulacaq

Bakı. 23 fevral. REPORT.AZ/ Bu gün Avropa Liqasında 1/16 final mərhələsinin cavab oyunları keçiriləcək.

“Report”un məlumatına görə, keçiriləcək 13 matçdan sonra bütün 1/8 finalçılar müəyyənləşəcək.

İlk görüşdə böyük hesabla qalib gələn “Beşiktaş”, “Roma”, “Lion” və “Rostov” tapşırığın öhdəsindən böyük ölçüdə gəliblər. “Kopenhagen”, “Fiorentina” və “Şaxtyor” isə rəqibləri ilə müqayisədə daha şanslıdırlar. Həmçinin “Tottenhem” də səfərdə “Gent”ə minimal hesabla uduzmağına rəğmən, cütün favoritidir.

Türkiyənin başqa bir təmsilçisi “Osmanlıspor”u isə çətin sınaq gözləyir. Düzdür, Ankara komandası Yunanıstandan 0:0 hesablı heç-heçə ilə dönüb. Lakin “Olimpiakos”un Avrokubok təcrübəsi bu dueldə həlledici ola bilər.

Avropa Liqası, 1/16 final mərhələsi, cavab oyunları

23 fevral

20:00 “Osmanlıspor” (Türkiyə) – “Olimpiakos” (Yunanıstan)

Baş hakim: İştvan Vod (Macarıstan)

İlk oyun – 0:0

22:00 “Ayaks” (Hollandiya) – “Legiya” (Polşa)

Baş hakim: Entoni Teylor (İngiltərə)

İlk oyun – 0:0

22:00 APOEL (Kipr) – “Atletik” (İspaniya)

Baş hakim: Vladislav Bezborodov (Rusiya)

İlk oyun – 2:3

22:00 “Roma” (İtaliya) – “Vilyareal” (İspaniya)

Baş hakim: Feliks Tsvayer (Almaniya)

İlk oyun – 4:0

22:00 “Beşiktaş” (Türkiyə) – “Hapoel” (Beer-Şeva, İsrail)

Baş hakim: Matey Yuq (Sloveniya)

İlk oyun – 3:1

22:00 “Zenit” (Rusiya) – “Anderlext” (Belçika)

Baş hakim: Tasos Sidiropulos (Yunanıstan)

İlk oyun – 0:2

00:05 “Kopenhagen” (Danimarka) – “Ludoqorets” (Bolqarıstan)

Baş hakim: Miroslav Zelinka (Çexiya)

İlk oyun – 2:1

00:05 “Fiorentina” (İtaliya) – “Borussiya” (Münhenqladbax, Almaniya)

Baş hakim: Artur Diaş (Portuqaliya)

İlk oyun – 1:0

00:05 “Genk” (Belçika) – “Astra” (Rumıniya)

Baş hakim: Sərdar Gözübüyük (Hollandiya)

İlk oyun – 2:2

00:05 “Lion” (Fransa) – “Alkmaar” (Hollandiya)

Baş hakim: Aleksey Kulbakov (Belarus)

İlk oyun – 4:1

00:05 “Şaxtyor” (Ukrayna) – “Selta” (İspaniya)

Baş hakim: Slavko Vinçiç (Sloveniya)

İlk oyun – 1:0

00:05 “Sparta” (Çexiya) – “Rostov” (Rusiya)

Baş hakim: Hüseyin Göçek

İlk oyun – 0:4

00:05 “Tottenhem” (İngiltərə) – “Gent” (Belçika)

Baş hakim: Manuel de Souza (Portuqaliya)

İlk oyun – 0:1

Son xəbərlər

Orphus sistemi