Yuxarı

Avropa Liqası: Rusiyanın hər 3 klubu 1/8 final mərhələsinin ilk oyunlarında uduzub - VİDEO

Avropa Liqası: Rusiyanın hər 3 klubu 1/8 final mərhələsinin ilk oyunlarında uduzub - VİDEO
Futbol üzrə Avropa Liqasında 1/8 final mərhələsinin ilk oyunları keçirilib

Bakı. 9 mart. REPORT.AZ/ Futbol üzrə Avropa Liqasında 1/8 final mərhələsinin ilk oyunları keçirilib.

"Report"un məlumatına görə, bu mərhələdə Rusiya ən çox ən çox klubla təmsil olunduğu halda, onların hamısı məğlubiyyətlə üzləşib. MOİK evdə Fransa "Lion"una, "Zenit" Almaniyada "Leyptsiq"ə minimal fərqlə, "Lokomotiv" isə İspaniyada "Atletiko"ya böyük hesabla uduzub.

İtaliya komandaları da qələbə qazana bilməyiblər. "Latsio" evdə Ukraynanın "Dinamo" (Kiyev) klubu ilə heç-heçə etdiyi halda, "Milan" "Arsenal"a uduzub. Almaniyanın digər təmsilçisi "Borussiya" gözlənilmədən Dortmundda Avstriya "Zalsburq"una uduzub. 

Portuqaliya "Sportinq"i Çexiya "Viktoriya"sı, Fransanın digər təmsilçisi "Marsel" isə İspaniya "Atletik"i üzərində inamlı qələbə qazanıb.

Avropa Liqası

1/8 final, ilk oyunlar

9 mart

00:05."Latsio" (İtaliya) - "Dinamo" (Kiyev, Ukrayna) - 2:2

Qollar: Çiro İmmobile, 54. Felipe Anderson, 62 - Viktor Tsıqankov, 52. Junior Moraeş, 79

00:05. "Leyptsiq" (Almaniya) - "Zenit" (Rusiya) - 2:1

Qol: Bruma, 56. Timo Verner, 77 - Domeniko Krişito, 86

00:05. "Marsel" (Fransa) - "Atletik" (Bilbao, İspaniya) - 3:1

Qollar: Lukas Okampos, 1; 57. Dimitri Payet, 14 - Arits Adurits, 45+2 - penalti ilə

00:05. "Sportinq" (Portuqaliya) - "Viktoriya" (Plzen, Çexiya) - 2:0

Qollar: Fredi Montero, 45+1; 49

8 mart

22:00."Milan" (İtaliya) - "Arsenal" (İngiltərə) - 0:2

Qollar: Henrik Mxitaryan, 16. Aron Remzi, 45+4

22:00. "Atletiko" (Madrid, İspaniya) - "Lokomotiv" (Moskva, Rusiya) - 3:0

Qollar: Saul, 22. Dieqo Kosta, 47. Koke, 90

22:00. "Borussiya" (Dortmund, Almaniya) - "Zalsburq" (Avstriya) - 1:2

Qollar: Andre Şürrle, 62 - Valon Berişa, 49-penalti; 56

22:00. MOİK (Moskva, Rusiya) - "Lion" (Fransa) - 0:1

Qol: Marselo, 68

Qeyd edək ki, cavab görüşləri martın 15-də keçiriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi