Avropa Liqası: Qrup mərhələsinin püşkatma mərasimi keçirilib

Avropa Liqası: Qrup mərhələsinin püşkatma mərasimi keçirilib "Qarabağ"ın Çempionlar Liqasından kənarlaşdırdığı komandalar eyni qrupa düşüb
Futbol
25 Avqust , 2017 15:38
Avropa Liqası: Qrup mərhələsinin püşkatma mərasimi keçirilib

Bakı. 25 avqust. REPORT.AZ/ Futbol üzrə Avropa Liqasında 2017-2018 mövsümü üçün qrup mərhələsinin püşkatma mərasimi keçirilib. "Report"un məlumatına görə, Monakoda təşkil olunmuş püşkatma nəticəsində 48 komandanın 12 qrupa bölgüsü gerçəkləşib. 

Azərbaycan təmsilçiləri son 3 ildə ilk dəfə bu turnirdə iştirak etməyəcəklər. Türkiyə komandalarından isə "Başakşehir" və "Konyaspor" rəqiblərini tanıyıb. "Qarabağ"ın Çempionlar Liqasının III təsnifat və "pley-off" mərhələsində mübarizədən kənarlaşdırdığı Danimarka "Kopenhagen"i ilə Moldova "Şerif"i eyni qrupa düşüb. 

Püşkü ötənlərin məşhur futbolçuları Henrik Larssonla Erik Abidal çəkib. 

A qrupu: "Vilyarreal" (İspaniya), "Makkabi" (Təl-Əviv, İsrail), "Astana" (Qazaxıstan), "Slaviya" (Praqa, Çexiya) 

B qrupu: "Dinamo" (Kiyev, Ukrayna), "Yanq Boyz" (İsveçrə), "Partizan" (Serbiya), "Skenderbeu" (Albaniya), 

C qrupu: "Braqa" (Portuqaliya), "Lüdoqorets" (Bolqarıstan), "Hoffenhaym" (Almaniya), "Başakşehir" (Türkiyə) 

D qrupu: "Milan" (İtaliya), "Austriya" (Avstriya), "Riyeka" (Xorvatiya), AEK (Afina Yunanıstan), 

E qrupu: "Lion" (Fransa), "Everton" (İngiltərə), "Atalanta" (İtaliya), "Apollon" (Kipr) 

F qrupu: "Kopenhagen" (Danimarka), "Lokomotiv" (Moskva, Rusiya), "Şerif" (Moldova), "Zlin" (Çexiya)

G qrupu: "Viktoriya" (Plzen, Çexiya), "Styaua" (Rumıniya), "Hapoel" (Beer-Şeva, İsrail), "Luqano" (İsveçrə) 

H qrupu: "Arsenal" (İngiltərə), BATE (Belarus), "Köln" (Almaniya), "Srvena Zvezda" (Serbiya) 

İ qrupu: "Zalsburq" (Avstriya), "Marsel" (Fransa), "Setubal" (Portuqaliya), "Konyaspor" (Türkiyə), 

J qrupu: "Atletik" (Yunanıstan), "Herta" (Almaniya), "Zarya" (Luqansk, Ukrayna), "Ostersun" (İsveç)

K qrupu: "Latsio" (İtaliya), "Nitsa" (Fransa), "Sulte Varegem" (Belçika), "Vitess" (Hollandiya) 

L qrupu: "Zenit" (Rusiya), "Real Sosyedad" (İspaniya), "Rusenborq" (Norveç), "Vardar" (Makedoniya) 

Qeyd edək ki, ilk turun oyunları sentyabrın 14-də, son tur qarşılaşmaları isə dekabrın 7-də olacaq.  

Son xəbərlər

Orphus sistemi