Avropa Liqası: "Qəbələ"-"Krasnodar" qarşılaşması başlayıb

Avropa Liqası: "Qəbələ"-"Krasnodar" qarşılaşması başlayıb "Bakcell Arena"da başlayan matçın start fiti saat 22:00-da səslənib
Futbol
10 Dekabr , 2015 22:00
Avropa Liqası: Qəbələ-Krasnodar qarşılaşması başlayıb

Bakı. 10 dekabr. REPORT.AZ/ Azərbaycanın "Qəbələ" klubu Avropa Liqasının qrup mərhələsində son oyununu keçirir. "Report"un məlumatına görə, "qırmızı-qaralar" Bakıda Rusiya "Krasnodar"ına qarşı mübarizə aparır.

"Bakcell Arena"da başlayan matçın start fiti saat 22:00-da səslənib.

“Qəbələ”nin start heyətində Andrey Popoviç, Voyislav Stankoviç, Rikardinyo, Arif Daşdəmirov, Rafael Santos, Dodo, Aleksey Qay, Derlis Meza Kolli, Sergey Zenyov, Fakundo Pereyra, Aleksey Antonov meydana çıxıblar.

“Krasnodar”ın ilk on birliyində isə Andrey Dikan, Andreas Qranqvist, Vitali Kaleşin, Ranyar Siqurdsson, Pavel Mamaev, Odil Axmedov, Joazinyo, Mourisio Pereyra, Çarles Kabare, Sergey Petrov, Vanderson yer alıblar.

Qarşılaşma Rusiya təmsilçisi üçün daha çox önəm daşıyır. "Krasnodar" Bakıdan qələbə ilə dönəcəyi təqdirdə qrup mərhələsini ilk pillədə başa vuracaq.

"Qəbələ" isə ən yaxşı halda Avropa Liqasında debütünü 3-cülüklə yekunlaşdıra bilər.

Bunun üçün Yunanıstanın PAOK klubu Almaniyada "Borussiya" (Dortmund) komandasına məğlub olmalıdır.

Son xəbərlər

Orphus sistemi