“Qəbələ” komandası UEFA Avropa Liqasında son oyununu keçirib - FOTO

“Qəbələ” komandası UEFA Avropa Liqasında son oyununu keçirib - FOTO "Report" həmin qarşılaşmadan fotoreportajı təqdim edir
Futbol
11 Dekabr , 2015 00:00
“Qəbələ” komandası UEFA Avropa Liqasında son oyununu keçirib - FOTO

Bakı. 11 dekabr. REPORT.AZ/ UEFA Avropa Liqasının qrup mərhələsinın sonuncu turu çərçivəsində “Qəbələ” klubu Bakıda Rusiyanın “Krasnodar” komandasını qəbul edib.

Rumınıyalı baş hakim İştvan Kovaçın idarə etdiyi matç qonaqların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Birinci hissə qarşılıqlı hücumlar şəraitində keçsə də, oyuna daha fəal başlayan tərəf “Qəbələ” olub. Bir neçə qol imkanından yararlana bilməyən Roman Qriqorçukun yetirmələri sonradan müdafiədə inamsız oyun sərgiləyib. “Krasnodar”ın ilk qolu 25-ci dəqiqədə Siqurdsondan gəlib. Hissənin sonuna yaxın Pereyra hesab arasındakı fərqi artırıb – 0:2. Görüşün 75-ci dəqiqəsində Rusiya təmsilçisinin heyətində Vanderson fərqlənərək hesabı 0:3 edib.

"Report" həmin qarşılaşmadan fotoreportajı təqdim edir.

Son xəbərlər

Orphus sistemi