​Avropa Liqası matçından öncə baş verən insidentdə ən azı 23 nəfər saxlanılıb - VİDEO

​Avropa Liqası matçından öncə baş verən insidentdə ən azı 23 nəfər saxlanılıb - VİDEO "Campo dei Fiori" meydanında toplaşan hollandiyalı azarkeşlər münaqişə yaradıb
Futbol
20 Fevral , 2015 10:49
​Avropa Liqası matçından öncə baş verən insidentdə ən azı 23 nəfər saxlanılıb - VİDEO

Bakı. 20 fevral. REPORT.AZ/ Avropa Liqasının 1/16 final mərhələsində İtaliyada baş tutan "Roma" - "Feyenoord" görüşündən əvvəl insident baş verib. "Report"un yerli mətbuata istinadən verdiyi məlumata görə, hollandiyalı azarkeşlər Romanın bir sıra tarixi yerlərinə zərər verib.

"Campo dei Fiori" meydanında toplaşan qonaq azarkeşlərin bəziləri münaqişə yaradıb. İçkili azarkeşlərin də qarışdığı hadisəyə polis müdəxilə etdikdən sonra vəziyyət daha da gərginləşib. İnsident nəticəsində ətraf ərazilərdə olan bütün mağazalar bağlanıb.

Yerli mətbuat ən azı 23 azarkeşin polis tərəfindən saxlanıldığını və yaralıların olduğunu bildirib. Onların arasında "Feyenoord" azarkeş qrupunun lideri də var.

Qeyd edək ki, dünən gecə baş tutan "Roma" - "Feyenoord" maçtını izləmək üçün 6000-ə yaxın hollandiyalı azarkeş İtaliyaya səfər edib.

Son xəbərlər

Orphus sistemi