Avropa Liqası: "Mançester Yunayted" səfərdə "Selta"ya qalib gəlib - VİDEO

Avropa Liqası: "Mançester Yunayted" səfərdə "Selta"ya qalib gəlib - VİDEO Yarımfinal mərhələsinin daha bir oyunu keçirilib
Futbol
5 May , 2017 01:01
Avropa Liqası: Mançester Yunayted səfərdə Seltaya qalib gəlib - VİDEO

Bakı. 5 may. REPORT.AZ/ Futbol üzrə Avropa Liqasında yarımfinal mərhələsinin növbəti oyunu keçirilib.

"Report"un məlumatına görə, İspaniyada "Selta” İngiltərə "Mançester Yunayted”ini qəbul edib. Görüş qonaqların minimal hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da "Mançester Yunayted" finala vəsiqəni böyük ölçüdə təmin edib.

Avropa Liqası

Yarımfinal, ilk oyun

4 may

23:05 "Selta” (İspaniya) – "Mançester Yunayted” (İngiltərə) - 0:1

Qol: Markus Reşford, 67

Baş hakim: Sergey Karasyov (Rusiya)

Viqo. "Baladios” stadionu

Qeyd edək ki, ilk yarımfinal görüşündə "Ayaks" Hollandiyada Fransa "Lion"unu yenib - 4:1. 

Son xəbərlər

Orphus sistemi