Avropa Liqası: Həftənin oyunçusu adına namizədlər açıqlanıb

Avropa Liqası: Həftənin oyunçusu adına namizədlər açıqlanıb UEFA Avropa Liqasında həftənin futbolçusu adına namizədlərin adlarını açıqlayıb.
Futbol
13 Dekabr , 2019 09:37
Avropa Liqası: Həftənin oyunçusu adına namizədlər açıqlanıb

UEFA Avropa Liqasında həftənin futbolçusu adına namizədlərin adlarını açıqlayıb.

"Report"un məlumatına görə, iddialılar sırasına 4 oyunçu daxil edilib. Bunlar İngiltərə "Vulverhempton"unun hücumçusu Dioqu Jota, "Mançester Yunayted"in forvardı Meyson Qrinvud, Fransa "Renn"inin müdafiəçisi Joris Nyanyon və "Arsenal"ın yarımmüdafiəçisi Bukayo Sakadır.

Jota Türkiyə "Beşiktaş"ı ilə VI tur matçında (4:0) het-trik, Qrinvud Hollandiya AZ-si ilə (4:0), Nyanyon İtaliya "Latsio"su ilə qarşılaşmada (2:0) dubl edib. Saka isə Belçika Standard"ı ilə görüşdə (2:2) fərqlənib.

Səsvermə UEFA-nın rəsmi saytı vasitəsilə aparılır.

Qeyd edək ki, Avropa Liqasının qrup mərhələsinin son turunda "Qarabağ" evdə Lüksemburq "Düdelanj"ı ilə 1:1 hesablı heç-heçə edib. Bununla da A qrupunda 5 xalla 3-cü yeri tutan Azərbaycan təmsilçisi mübarizəni dayandırıb. 

Son xəbərlər

Orphus sistemi