Avropa Liqası: Bu gün "Başakşehir"in 1/16 finaldakı rəqibi müəyyənləşəcək

Avropa Liqası: Bu gün "Başakşehir"in 1/16 finaldakı rəqibi müəyyənləşəcək Bu gün UEFA Avropa Liqasında 1/16 final mərhələsinin püşkü atılacaq.
Futbol
16 Dekabr , 2019 07:35
Avropa Liqası: Bu gün Başakşehirin 1/16 finaldakı rəqibi müəyyənləşəcək

Bu gün UEFA Avropa Liqasında 1/16 final mərhələsinin püşkü atılacaq.

"Report"un məlumatına görə, qitə futbol qurumun İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında təşkil olunacaq mərasim Bakı vaxtı ilə saat 16:00-da başlanacaq.

Avropa Liqasının qruplarından ilk 2 pillənin sahibi, Çempionlar Liqasında isə qrup üçüncüləri kimi mərhələ adlamış 32 komanda 2 səbətə bölünəcək. Səpələnmişlər səbətində Avropa Liqasında 12 qrupun qalibləri, eləcə də Çempionlar Liqasında qrup üçüncüsü olmuş komandalardan ən yüksək reytinqli 4 komanda yer alacaq. Onların arasında Türkiyənin yeganə təmsilçisi "Başakşehir" də var:

Səpələnmişlər: "Ayaks" (Hollandiya), "Arsenal" (İngiltərə), "Bazel" (İsveçrə), "Benfika" (Portuqaliya), "Braqa" (Portuqaliya), "Seltik" (Şotlandiya), "Espanyol" (İspaniya), "Gent" (Belçika), "İnter" (İtaliya), "Başakşehir" (Türkiyə), LASK (Avstriya), "Malmö" (İsveç), "Mançester Yunayted" (İngiltərə), "Porto" (Portuqaliya), "Zaltsburq" (Avstriya), "Sevilya" (İspaniya)

Səpələnməmişlər: APOEL (Kipr), AZ (Hollandiya), "Bayer" (Leverkuzen, Almaniya), ÇFR (Rumıniya), "Brügge" (Belçika), "Kopenhagen" (Danimarka), "Ayntraxt" (Frankfurt, Almaniya), "Xetafe" (İspaniya), "Lüdoqorets" (Bolqarıstan), "Olimpiakos" (Yunanıstan), "Reyncers" (Şotlandiya), "Roma" (İtaliya), "Şaxtyor" (Donetsk, Ukrayna), "Sportinq" (Portuqaliya), "Volfsburq" (Almaniya), "Vulverhempton" (İngiltərə)

Səpələnmişlər səbətindəki komandalar cavab görüşlərini öz meydanlarında keçirəcəklər. Püşk eyni ölkənin və eyni qrupun komandalarını bir-birinə rəqib edə bilməz. İlk oyunlar 2020-ci il fevralın 20-də, cavab görüşləri fevralın 27-də keçiriləcək.

Son xəbərlər

Orphus sistemi