Avropa Liqası: "Beşiktaş" qələbəni əldən verərək uduzub - VİDEO

Avropa Liqası: "Beşiktaş" qələbəni əldən verərək uduzub - VİDEO Futbol üzrə Avropa Liqasında 1/4 final mərhələsinin ilk oyunların yekun vurulub
Futbol
14 Aprel , 2017 01:43
Avropa Liqası: Beşiktaş qələbəni əldən verərək uduzub - VİDEO
Foto: haberetercuman.com

Bakı. 14 aprel. REPORT.AZ/ Futbol üzrə Avropa Liqasında 1/4 final mərhələsinin ilk oyunların yekun vurulub.

"Report"un məlumatına görə, azarkeşlərin meydana daxil olmaları üzündən 45 dəqiqə gec başlayan görüşdə Fransanın "Lion" və Türkiyənin "Beşiktaş" komandaları üz-üzə gəlib. 

Oyunun əvvəllərində qonaqlar hesabda önə çıxsalar da, son dəqiqələrdə 2 dəqiqə ərzində 2 qol buraxıblar. Nəticədə "qartallar" qələbəni əldən verərək, məğlubiyyətlə üzləşiblər.

Qeyd edək ki, digər görüşlərdə Belçika təmsilçilərindən "Anderlext" evdə İngiltərə "Mançester Yunayted"inə məğlubiyyətdən qurtulmağı bacarıb - 1:1. "Genk" İspaniyada "Selta"ya minimal fərqlə uduzub - 2:3. Hollandiyada isə "Ayaks" Almaniyanın "Şalke 04" komandası üzərində inamlı qələbə qazanıb - 2:0.

Cavab görüşləri aprelin 20-də keçiriləcək.

Avropa Liqası

1/4 final, ilk oyunlar

13 aprel

23:45. "Lion” (Fransa) – "Beşiktaş” (Türkiyə) - 2:1

Qol: Korentin Tolisso, 83. Jeremi Morel, 85 - Rayan Babel, 15

Baş hakim: Antonio Mateu Laos (İspaniya)

Son xəbərlər

Orphus sistemi