Avropa Liqası: "Ayaks" "Lion"u böyük hesabla məğlub edib - VİDEO

Avropa Liqası: "Ayaks" "Lion"u böyük hesabla məğlub edib - VİDEO Yarımfinal mərhələsinin ilk oyunu keçirilib
Futbol
3 May , 2017 22:31
Avropa Liqası: Ayaks Lionu böyük hesabla məğlub edib - VİDEO

Bakı. 3 may. REPORT.AZ/ Futbol üzrə Avropa Liqasında yarımfinal mərhələsinə start verilib.

"Report"un məlumatına görə, ilk oyun günündə Hollandiya "Ayaks”ı Fransa "Lion”unu qəbul edib. "Amsterdam Arena"da keçirilmiş qarşılaşma meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 4:1. Qollardan 2-ni Bertrand Traore vurub.

Qeyd edək ki, yarımfinal mərhələsinin digər oyununda İspaniyanın "Selta" klubu İngiltərə "Mançester Yunayted"ini qəbul edəcək. Oyun mayın 4-də keçiriləcək. Cavab görüşləri isə mayın 11-də olacaq.

Avropa Liqası

Yarımfinal, ilk oyun

3 may

20:45. Ayaks (Hollandiya) – "Lion” (Fransa) - 4:1

Qollar: Bertrand Traore, 25; 71. Kasper Dolberq, 34. Amin Yunes, 49 - Matyö Valbuena, 66

Baş hakim: Canluka Rokki (İtaliya)

"Amsterdam Arena”

Son xəbərlər

Orphus sistemi