Yuxarı

Avropa Liqası: 5 klub vaxtından əvvəl 1/16 finala vəsiqə qazanıb

12 qrupda ümumilikdə 24 matç baş tutub

Bakı. 3 noyabr. REPORT.AZ/ Futbol üzrə Avropa Liqasında IV turun oyunları keçirilib.

"Report" xəbər verir ki, 12 qrupda ümumilikdə 24 matç baş tutub.

Bu qarşılaşmaların yekununda 5 komanda vaxtından əvvəl 1/16 finala yüksəlib. Bunlar Ukraynanın "Dinamo" (Kiyev), Rumıniyanın "Styaua", İngiltərənin "Arsenal", İtaliyanın "Latsio" və Rusiyanın "Zenit" kollektivləridir.

Türkiyə klublarından "Başakşehir" evdə Almaniyanın "Hoffenhaym" klubu ilə 1:1, "Konyaspor" isə səfərdə "Zalsburq"la 0:0 hesablı heç-heçə edib.

Avropa Liqası, Qrup mərhələsi, IV tur

19 oktyabr

A qrupu

22:00. "Makkabi" (Təl-Əviv, İsrail) - "Astana" (Qazaxıstan) - 0:1

Qol: Patrik Tvumasi, 57

22:00. "Slaviya" (Praqa, Çexiya) - "Vilyarreal" (İspaniya) - 0:2

Qollar: Karlos Bakka, 15. Simon Deli, 89-öz qapısına

Xal durumu: "Vilyarreal" - 8, "Astana" - 7, "Slaviya" - 5, "Makkabi" - 1.

B qrupu

22:00. "Yanq Boyz" (İsveçrə) - "Dinamo" (Kiyev, Ukrayna) - 0:1

Qol: Vitali Buyalski, 70

22:00. "Partizan" (Serbiya) - "Skenderbeu" (Albaniya) - 2:0

Qollar: Zoran Tosiç, 39. Leandre Tavamba, 66

Xal durumu: "Dinamo" - 10, "Partizan" - 5, "Yanq Boyz" - 3, "Skenderbeu" - 2.

C qrupu

22:00. "Başakşehir" (Türkiyə) - "Hoffenhaym" (Almaniya) - 1:1

Qollar: Edin Visça, 90+3 - Florian Grillitş, 47

22:00. "Lüdoqorets" (Bolqarıstan) - "Braqa" (Portuqaliya) - 1:1

Qollar: Marselinyo, 68 - Fransergio, 83

Xal durumu: "Lüdoqorets" - 8, "Braqa" - 7, "Hoffenhaym" - 4, "Başakşehir" - 2.

D qrupu

22:00. AEK (Yunanıstan) - "Milan"(İtaliya) 0:0

22:00. "Riyeka"(Xorvatiya) - "Austriya" (Avstriya) 1:4

Qollar: Domaqoy Paviçiç, 61 - Dominik Prakop 41; 62. Tarkan Serbest, 73. Kristof Monşayn, 83

Qırmızı vərəqə: Yosip Mişiç, 72

Xal durumu: "Milan" - 8, AEK - 6, "Austriya" - 4, "Riyeka" -3.

E qrupu

22:00. "Lion" (Fransa) - "Everton" (İngiltərə) - 3:0

Qollar: Bertrand Traore, 68. Hussem Auar, 76. Memfis Depay 88

22:00. "Apollon"(Kipr) - "Atalanta" (İaliya) - 1:1

Qollar: Emilio Zelaya, 90+4 - Yosip İliçiç, 35-penalti ilə

Xal durumu: "Atalanta"- 8, "Lion" - 8, "Apollon" - 3, "Everton" - 1.

F qrupu

22:00. "Lokomotiv" (Moskva, Rusiya) - "Şerif" (Moldova) - 1:2

Qollar: Cefferson Farfan, 26 - Ziquy Badibanga, 41. Josip Brezovets, 58

22:00. "Kopenhagen" (Danimarka) - "Zlin" (Çexiya) - 3:0

Qollar: Mixael Lüftner, 40. Benjamin Verbiç 49; 90+2

Xal durumu: "Kopenhagen" - 6, "Şerif" - 6, "Lokomotiv" - 5, "Zlin" 2.

G qrupu

00:05. "Styaua" (Rumıniya) - "Hapoel" (Beer-Şeva, İsrail) - 1:1

Qollar: Florinel Koman, 31 - Ben Sahar, 37

00:05. "Viktoriya" (Plzen, Çexiya) - "Luqano" (İsveçrə) - 4:1

Qollar: Mixael Krmençik, 4; 19. Tomaş Horava, 45. Ales Çermak, 56 - Davide Mariani, 15

Xal durumu: "Styaua" - 10, "Viktoriya" - 6, "Hapoel" - 4, "Luqano" - 3.

H qrupu

00:05. "Arsenal" (İngiltərə) - "Srvena Zvezda" (Serbiya) - 0:0

00:05. "Köln" (Almaniya) - BATE (Belarus) - 5:2

Qollar: Simon Tsoller, 16. Yuya Osako, 54; 82. Sehru Quirassi, 63. Miloş Jojiç, 90 - Nemanya Milunoviç, 31. Nikolay Siqneviç, 33

Xal durumu: "Arsenal" - 10, "Srvena Zvezda" - 5, BATE - 4, "Köln" - 3.

I qrupu

00:05. "Gimaraynş" (Portuqaliya) - "Marsel" (Fransa) - 1:0

Qol: Paolo Hurtado, 80

00:05. "Zalsburq" (Avstriya) - "Konyaspor" (Türkiyə) - 0:0

Xal durumu: "Zalsburq" - 8, "Marsel" - 6, "Konyaspor" - 4. "Gimaraynş" - 4.

J qrupu

00:05. "Herta" (Almaniya) - "Zarya" (Ukrayna) - 2:0

Qol: Davi Selke, 16; 73

00:05. "Atletik" (İspaniya) - "Ostersun" (İsveç) - 1:0

Qol: Arits Adurits, 70

Xal durumu: "Ostersun" - 7, "Zarya" - 6, "Atletik" - 5, "Herta" - 4.

K qrupu

00:05. "Latsio" (İtaliya) - "Nitsa" (Fransa) - 1:0

Qol: Maksim Lö Marşand, 90+2-öz qapısına

00:05. "Vitess" (Hollandiya) - "Zülte-Varegem" (Belçika) - 0:2

Qol: Marvin Bodri, 3. Onur Kaya, 70

Qırmızı vərəqə: Kinqsli Madu, 22 ("Zulte Varegem")

Xal durumu: "Latsio" - 12, "Nitsa" - 6, "Zülte-Varegem" - 4, "Vitess" - 1.

L qrupu

00:05. "Rusenborq" (Norveç) - "Zenit" (Rusiya) - 1:1

Qol: Niklas Bendtner, 55-penalti ilə - Aleksandr Kokorin, 90+3

00:05. "Real Soseydad" (İspaniya) - "Vardar" (Makedoniya) - 3:0

Qollar: Xuanmi, 31. Alberto de la Bella, 69. Jon Bautista, 81

Xal durumu: "Zenit" - 10, "Real Soseydad" - 9, "Rusenborq" - 4, "Vardar" - 0.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi