Avropa Liqası: 1/8 final mərhələsinin püşkü atıldı - YENİLƏNİB

Avropa Liqası: 1/8 final mərhələsinin püşkü atıldı - YENİLƏNİB UEFA Avropa Liqasında 1/8 final mərhələsinin püşkatma mərasimi keçirilib.
Futbol
28 Fevral , 2020 16:18
Avropa Liqası: 1/8 final mərhələsinin püşkü atıldı - YENİLƏNİB

UEFA Avropa Liqasında 1/8 final mərhələsinin püşkatma mərasimi keçirilib. 

"Report"un məlumatına görə, İsveçrənin Nyon şəhərində təşkil olunan mərasimdə cütlərin tərkibi müəyyənləşib.

Türkiyə təmsilçisi "Başakşehir" Danimarka "Kopenhagen"inə rəqib olub. Azərbaycan millisinin futbolçusu Renat Dadaşovun çıxış etdiyi İngiltərə "Vulverhempton"u isə Yunanıstan "Olimpiakos"u ilə üz-üzə gələcək. 

1/8 final mərhələsində görüşəcəklər:

"Başakşehir" (Türkiyə) - "Kopenhagen" (Danimarka)

"Olimpiakos" (Yunanıstan) - "Vulverhempton" (İngiltərə)

"Reyncers" (Şotlandiya) - "Bayer" (Leverkusen, Almaniya)

"Volfsburq" (Almaniya) - "Şaxtyor" (Donetsk, Ukrayna)

"İnter" (İtaliya) - "Xetafe" (İspaniya)

"Sevilya" (İspaniya) - "Roma" (İtaliya)

"Ayntraxt" (Frankfurt, Almaniya) / "Zaltsburq" (Avstriya) cütünün qalibi - "Bazel" (İsveçrə)

LASK (Avstriya) - "Mançester Yunayted" (İngiltərə)

Qeyd edəki ki, 1/8 final mərhələsində ilk oyunlar martın 12-də, cavab görüşləri isə martın 19-da olacaq.

Son xəbərlər

Orphus sistemi