Bakı. 17 aprel. REPORT.AZ/ Avropa Liqasının 1/4 final mərhələsi çərçivəsində ilk qarşılaşmalar keçirilib.
"Report" xəbər verir ki, səfərdə Almaniyanın "Volfsburq" klubunun qonağı olan İtaliyanın "Napoli" kollektivi ev sahiblərinə aman verməyib və görüş qonaqların 1:4 hesablı qələbəsi ilə başa çatıb.
Digər üç qarşılaşmadan birində qələbə qeydə alınsa da, digər iki matç heç-heçə başa çatıb.
Avropa Liqası.1/4 final. Birinci oyun
"Sevilya" (İspaniya) – "Zenit" (Rusiya) 2:1
Qollar: 0:1 – 29 Ryazantsev, 1:1 – 73 Bakka, 2:1 – 87 Suares.
"Volfsburq" (Almaniya) – "Napoli" (İtaliya) -1:4
Qollar: 0:1 – 15 İquain, 0:2 – 23 Hamşik, 0:3 – 64 Hamşik, 0:4 – 76 Qabbyadini, 1:4 – 80 Bendtner.
"Dinamo" (Kiyev, Ukrayna) – "Fiorentina" (İtaliya) - 1:1
Qollar: 1:0 – 36 Lens, 1:1 – 90 El-Babakar.
"Brügge" (Belçika) –" Dnepr" (Ukrayna) - 0:0