Yuxarı
    Bağlamaq

    Avropa Klublar Assosiasiyasına yeni prezident seçilib

    İtaliyanın “Yuventus” klubunun prezidenti qurumun yeni rəhbəri olub

    Bakı. 5 sentyabr. REPORT.AZ/ Avropa Klublar Assosiasiyasına (ECA) yeni prezident seçilib. 

    “Report” xəbər verir ki, İtaliyanın “Yuventus” klubunun prezidenti Andrea Anyelli qurumun yeni rəhbəri olub.

    Bu, ECA-nın İsveçrənin Cenevrə şəhərində keçirilən XIX Baş Assambleyasında gerçəkləşib. İtaliyalı futbol funksioneri təşkilatın 2-ci prezidenti kimi tarixə düşüb.

    2008-ci ilin yanvarında əsası qoyulan ECA-ya indiyə qədər Karl-Haynts Rummenige rəhbərlik edib. Rummenige budəfəki seçkilərdə namizədliyini irəli sürməyib.

    Qeyd edək ki, ECA Avropanın 53 milli assosiasiyasından 220 klubu birləşdirən qurumdur. Təşkilatda Azərbaycanı “Qarabağ”, “Qəbələ” və “Neftçi” klubları təmsil edirlər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi