Yuxarı
    Bağlamaq

    Avropa çempionatının seçmə mərhələsinin bir neçə oyunu keçirilib

    “D”, “F” və “I” qruplarında oyunlar keçirilib

    Bakı. 30 mart. REPORT.AZ/ Futbol üzrə “Avro-2016”nın seçmə mərhələsi çərçivəsində martın 29-da “D”, “F” və “I” qruplarında oyunlar keçirilib.

    "Report"un AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, “D” qrupunda mübarizədə Gürcüstan yığması doğma meydanda Almaniya millisinə 0:2 hesabı ilə məğlub olub. Qrupun lideri Polşa futbolçuları səfərdə İrlandiya təmsilçiləri ilə sülh bağlayıblar – 1:1. Digər oyunda isə Şotlandiya millisi Cəbəllütariq yığmasını 6:1 hesabı ilə darmadağın edib.

    “F” qrupunda Rumıniya yığması Farer Adalarına 1:0 hesabı ilə qalib gələrək liderliyini qoruyub. Macarıstan-Yunanıstan oyununda hesab açılmayıb. Finlandiya millisini 2:1 hesabı ilə məğlub edən Şimali İrlandiya isə qrupda ikinci pillədəki mövqeyində qalıb.

    Seçmə mərhələnin “I” qrupunda iki oyun keçirilib. Qrupda son sırada qərarlaşan Serbiyaya doğma meydanda 2:1 hesabı ilə qalib gələn Portuqaliya liderliyə yüksəlib. Albaniya isə Ermənistan üzərində qələbə qazanıb – 2:1.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi