Yuxarı

Avropa çempionatının rəsmi himni təqdim olunub - VİDEO

Layihənin icraçısı Peachline şirkətidir

Bakı. 8 aprel. REPORT.AZ/ Bakıda 17 yaşadək futbolçular arasında keçiriləcək Avropa çempionatının rəsmi himni hazırlanıb. "Report"un məlumatına görə, musiqisi İsmayıl Əsədov və Ramin Vəlibəyova, sözləri isə İsmayıl Əsədova məxsus olan himni respublikanın əməkdar artisti Röya Ayxan və populyar ifaçı Miri Yusif səsləndiriblər.

Layihənin icraçısı "Peachline" şirkətidir.

Qeyd edək ki, Avropa çempionatı 5-21 mayda keçiriləcək.



Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi