Avropa çempionatının qalibi Bakıya gələcək

Avropa çempionatının qalibi Bakıya gələcək Ruud Qullit xüsusi qonaq qismində dəvət olunub
Futbol
23 Sentyabr , 2016 15:52
Avropa çempionatının qalibi Bakıya gələcək

Bakı. 23 sentyabr. REPORT.AZ/ AVRO 2020-nin 4 oyununun ev sahibi olacaq Bakının loqosunun təqdimat mərasimində Hollandiyanın əfsanəvi futbolçusu Ruud Qullit iştirak edəcək. 

"Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, keçmiş hücumçu xüsusi qonaq qismində dəvət olunub.

Mərasim sentyabrın 30-da Bakı Olimpiya stadionunda keçiriləcək.

Qeyd edək ki, Ruud Qullit Hollandiya yığmasının heyətində AVRO-1988-in qalibi olub.

Son xəbərlər

Orphus sistemi