Bakıda futbol üzrə Avropa çempionatının püşkatması keçiriləcək

Bakıda futbol üzrə Avropa çempionatının püşkatması keçiriləcək Mərasim aprelin 8-də baş tutacaq
Futbol
5 Aprel , 2016 09:06
Bakıda futbol üzrə Avropa çempionatının püşkatması keçiriləcək

Bakı. 5 aprel. REPORT.AZ/ 17 yaşadək futbolçulardan ibarət yığma komandaların Avropa çempionatının püşkatma mərasimi Bakı Olimpiya Stadionunda keçiriləcək. "Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, mərasim aprelin 8-də baş tutacaq.

Tədbirdə AFFA rəhbərliyi, Avropa və ölkə futbolunun tanınmış simaları, turnirin UEFA və Yerli Təşkilat Komitəsinin üzvləri və digər rəsmi şəxslər iştirak edəcəklər. Mərasimə giriş dəvətnamə ilə olacaq.

Bakı Olimpiya Stadionunun mətbuat konfransı zalında püşkatmanı televiziya vasitəsilə canlı izləmək üçün KİV nümayəndələrinə şərait yaradılacaq. Püşkatmadan sonra turnirin UEFA və Yerli Təşkilat Komitəsinin rəhbərlərinin, çempionatda çıxış edəcək komandaların nümayəndələrinin iştirakı ilə brifinq təşkil olunacaq.

Bakı Olimpiya Stadionunun mətbuat konfransı zalı saat 11:30-dan etibarən KİV nümayəndələrinin ixtiyarına veriləcək.

Son xəbərlər

Orphus sistemi