Yuxarı

Avropa çempionatının iştirakçıları mətbuat konfransı keçirib

Belçika yığmasının baş məşqçisi Terri Sikuet Şotlandiya ilə oyunun daha vacib olduğunu deyib

Bakı. 4 may. REPORT.AZ/ Bakıda keçiriləcək 17 yaşadək futbolçular arasında Avropa çempionatından öncə baş məşqçilərin mətbuat konfransı keçirilib.

"Report"un məlumatına görə, A qrupunda yer alan Azərbaycan, Portuqaliya, Şotlandiya və Belçika yığmalarının baş məşqçiləri jurnalistlər önünə çıxıb.

Belçika yığmasının baş məşqçisi Terri Sikuet Şotlandiya ilə oyunun daha vacib olduğunu deyib: "Azərbaycanla 3-cü oyunda qarşılaşacağıq. Hazırda bizim üçün daha vacib Şotlandiyadır. Çünki ilk oyunumuzu bu komandaya qaşrıdır. Sabahkı oyundan sonra Azərbaycan haqda düşünəcəyik. İki dəfə seçmə mərhələdə birinci yer tutmuşuq. Bu dəfə isə bizim rəqiblərimiz çox fərqlidir".

Portuqaliyanın çalışdırıcısı Helio Souza qitə turnirində iştirak etməyin böyük təzyiq olduğunu deyib: "İlk oyunumuz Azərbaycana qarşıdır. Hamı üçün bu çempionatda iştirak etmək böyük təzyiqdir. Rəqib yaxşı komandadır və bu oyunda yalnız qələbə haqda düşünürük. Bizim iki çox güclü və məhsuldar hücumçumuz var. Ancaq sabah stadionda olan atmosferdən çox şey asılıdır. Təbii ki, oyunçuların necə oynayacağı da burada bilinəcək. Biz 15-dən 20 yaşa qədər olan futbolçularla işləyirik. Məhsuldar komandamız var".

Şotlandiya yığmasının baş məşqçisi Skot Qemmill isə bütün hazırlıqların ilk oyuna - Belçikaya qarşı olduğunu bildirib: "Bizim bütün hazırlığımız birinci oyunadır. Bundan sonra Azərbaycanın 2 oyununu izləyib, analiz edəcəyik. Onlara uğurlar arzu edirəm".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi