Avropa çempionatında iştirak edəcək Ukrayna millisi Bakıya gəlib

Avropa çempionatında iştirak edəcək Ukrayna millisi Bakıya gəlib Komandanın baş məşqçisi sualları cavablandırıb
Futbol
29 Aprel , 2016 02:53
Avropa çempionatında iştirak edəcək Ukrayna millisi Bakıya gəlib

Bakı. 29 aprel. REPORT.AZ/ Ukraynanın Avropa çempionatında iştirak edəcək U-17 yığma komandası Bakıya gəlib.

Komandanın baş məşqçisi Aleksandr Petrakov hava limanında "Report"un suallarını cavablandırıb.

Antalyadakı təlim-məşq toplanışınız necə keçdi?

- Toplanış yaxşı keçdi. Yığmadan razı qaldıq. "Antalyaspor"la bir yoldaşlıq görüşümüz oldu və 1:0 hesabı ilə qalib gəldik.

Bildiyimizə görə, sizin Bakıda Azərbaycan yığması ilə mətbuat üçün qapalı oyununuz olacaq...

- Nə oyun? Mən bu matç barədə heç nə bilmirəm.

Ümumiyyətlə Avropa çempionatından nə gözləyirsiz?

- Bu, hər bir məşqçi, hər bir futbol adamı üçün bayramdır.

Rəqiblər barədə nə deyə bilərsiz?

- Bu yaşda bütün komandaların şansını eyni dəyərləndirirəm. Çempionata düşən 16 komandanın hamısı yaxşıdır.

Bəs hansı komandaları favorit hesab edirsiniz?

- Açığını desəm, favorit adı çəkməyəcəyəm.

Komandanızda gələcəkdə Runi və ya Poqba kimi ulduzu parlamaq ehtimalı olan futbolçu var?

- Mən heç kimi fərqləndirməyəcəyəm, xüsusilə də bu yaşda. Biz güclü komandayıq.

Çempionatda qarşıya qoyulan məqsəd nədir?

- Yaxşı oynamaq. Ukraynalı azarkeşlərimizi sevindirmək.

Qeyd edək ki, Bakıda 17 yaşadək futbolçular arasında Avropa çempionatı 5 - 21 mayda keçiriləcək.

Son xəbərlər

Orphus sistemi