​Avropa çempionatında Fransa və Albaniya azarkeşləri arasında dava düşüb

​Avropa çempionatında Fransa və Albaniya azarkeşləri arasında dava düşüb İnsident zamanı Fransa və Belçika azarkeşləri bıçaq xəsarətləri alıblar
Futbol
16 İyun , 2016 14:30
​Avropa çempionatında Fransa və Albaniya azarkeşləri arasında dava düşüb

Bakı. 16 iyun. REPORT.AZ/ Fransanın Lion şəhərində yerləşən fan-zonada azarkeşlər arasında dava düşüb. 

"Report"un "Europe 1"ə istinadən verdiyi məlumata görə, insident zamanı Fransa və Belçika azarkeşləri bıçaq xəsarətləri alıblar.

Münaqişə dünən keçirilən Fransa-Albaniya (2:0) oyununun final fitindən sonra başlayıb. Oyundan sonra albaniyalı fanatlar dövlət himnlərini oxuyan yerli azarkeşlərə hücum edib.

Polisin müdaxiləsindən sonra azarkeşlər davaya son qoyub.

Qeyd edək ki, bundan əvvəl İngiltərə və Rusiya azarkeşləri münaqişələrlə yadda qalıb.

Son xəbərlər

Orphus sistemi