Avropa çempionatında ən çox oyunçu ilə təmsil olunacaq ölkələr və klublar açıqlanıb

Avropa çempionatında ən çox oyunçu ilə təmsil olunacaq ölkələr və klublar açıqlanıb Ümumilikdə 552 oyunçudan 139-u İngiltərə Premyer Liqasında çıxış edir
Futbol
3 İyun , 2016 19:21
Avropa çempionatında ən çox oyunçu ilə təmsil olunacaq ölkələr və klublar açıqlanıb

Bakı. 3 iyun. REPORT.AZ/ Bu il keçiriləcək futbol üzrə Avropa çempionatında ən çox futbolçu ilə təmsil olunacaq ölkə çempionatları və klublar müəyyənləşib. 

"Report"un məlumatına görə, ümumilikdə 552 oyunçudan 139-u İngiltərə Premyer Liqasında çıxış edir.

Onlardan 23-ü İngiltərə millisinin heyətində yer alıb. Bu ölkənin hətta Çempionşip adlanan səviyyəcə ikinci liqası da digər ölkələrin müvafiq çempionatı ilə müqayisədə yığmalara daha çox oyunçu verib. Heyətində hamıdan çox - 13 ölkənin çempionatından gəlmiş futbolçuların çıxış etdiyi yığmalar İsveç və Slovakiyadır. Yığmalarda ən çox oyunçusu olan klublar İtaliya "Yuventus"u ilə İngiltərə "Liverpul"udur. Onların hərəyə 12 futbolçusu müxtəlif milli komandaların tərkibindədir.

Avropa çempionatında çıxış edəcək futbolçular təkcə "köhnə qitə" klublarından çağırılmayıb. Onların arasında Qətər və ABŞ liqalarından 3, Avstraliya, Səudiyyə Ərəbistanı və Meksikadan hərəyə 1 oyunçuya dəvət göndərilib.

Bir futbolçu ilə təmsil olunan milli çempionatlar sırasında isə Azərbaycan Premyer Liqası da var.

Avropa çempionatında ən çox futbolçu ilə təmsil olunacaq klublar:

12 - "Yuventus", "Liverpul"

11 - "Tottenhem"

10 – "Mançester Yunayted"

9 – "Barselona", "Bavariya", "Fənərbağça"

8 – "Arsenal", "Bazel", MOİK Moskva, "Real Madrid", "Roma"

Ən çox futbolçu ilə təmsil olunan ölkələrin çempionatları:

139 – İngiltərə (103-ü Premyer Liqa, 31-i Çempionşip, 4-ü I Liqa, 1-i II Liqa)

65 – Almaniya (57-si Bundesliqa, 8-i 2-ci Bundesliqa)

56 – İtaliya (52-si A Seriyası, 4-ü B Seriyası)

36 – Türkiyə (hamısı Super Liqa)

35 – İspaniya (34-ü Primera, 1-i Sequnda)

32 – Rusiya (hamısı Premyer Liqa)

22 – France (22 Ligue 1)

1 futbolçu ilə təmsil olunan çempionatlar:

Avstraliya – Aron Hyuz (Şimali İrlandiya / "Melburn Siti")

AZƏRBAYCAN – Ansi Aqolli (Albaniya / "Qarabağ")

Çin – Burak Yılmaz (Türkiyə / "Beijinq Quoan")

İsrail – Ovidiu Hoban (Rumıniya / "Hapoel" Beer Şeva)

Lixtenşteyn – Armando Sadiku (Albaniya / "Vaduts")

Qazaxıstan – Anatoli Timoşuk (Ukrayna / "Kayrat")

Meksika – Andre-Pyer Jinyak (Fransa / "Taycers")

Səudiyyə Ərəbistanı – Lusian Sanmartin (Rumıniya / "Əl-İttihad")

Ən çox klubdan oyunçu çağıran yığmalar:

22 - İslandiya, Şimali İrlandiya

21 – İsveç

20 – Albaniya, Polşa, Slovakiya

Ən az klubdan oyunçu çağıran yığmalar:

8 – Rusiya

10 – İngiltərə, Ukrayna

Ən çox ölkədən futbolçusu çağırılan yığmalar:

13 – Slovakiya, İsveç

10 – Albaniya, İslandiya, Rumıniya

Ən az ölkədən futbolçusu çağırılan yığmalar:

1 – İngiltərə

2 – Rusiya, İrlandiya

3 – İtaliya, Uels

Öz ölkəsinin çempionatından ən çox futbolçu çağıran yığmalar:

23 – İngiltərə

22 – Rusiya

18 – İtaliya

Öz ölkəsinin çempionatından ən az futbolçu çağıran yığmalar:

0 – İsland, Şimali İrlandiya, İrlandiya, Uels

1 – Avstriya

2015-2016 mövsümündə Çempionlar Liqasında ən çox futbolçusu oynayan yığmalar:

19 – İspaniya

16 – Almaniya

15 – Fransa

13 – İtaliya

12 – Ukrayna

2015-2016 mövsümündə Çempionlar Liqasında ən az futbolçusu oynayan yığmalar:

0 – Albaniya, Macarıstan, İrlandiya, Slovakiya

2015-2016 mövsümündə Avropa Liqasında ən çox futbolçusu oynayan yığmalar:

15 – Türkiyə

12 – Çexiya, İngiltərə, Portuqaliya, Ukrayna

2015-2016 mövsümündə Avropa Liqasında ən az futbolçusu oynayan yığmalar:

0 – İrlandiya

2 – Şimali İrlandiya

3 – Hungary, Romania

4 – İslandiya

Son xəbərlər

Orphus sistemi