Bakı. 6 may. REPORT.AZ/ Bakıda 17 yaşadək futbolçular arasında keçirilən Avropa çempionatında daha bir görüş baş tutub. "Report"un məlumatına görə, D qrupunda yer alan Hollandiya və İspaniya komandaları üz-üzə gəlib.
Qarşılaşma İspaniyanın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Yığmanın heyətində 16-cı dəqiqədə Jordi Mboula, 52-ci dəqiqədə isə Abel Ruiz fərqlənib.
Bununla da D qrupunun ilk oyunları başa çatıb. İspaniya və İtaliya müvafiq olaraq 1 və 2, Serbiya və Hollandiya isə 3 və 4-cü pillələri bölüşürlər.
Qrupun növbəti oyunları mayın 9-da keçiriləcək.