​Avropa çempionatında D qrupunun lideri müəyyənləşib

​Avropa çempionatında D qrupunun lideri müəyyənləşib İspaniya birinci yerə sahib çıxıb
Futbol
6 May , 2016 17:16
​Avropa çempionatında D qrupunun lideri müəyyənləşib

Bakı. 6 may. REPORT.AZ/ Bakıda 17 yaşadək futbolçular arasında keçirilən Avropa çempionatında daha bir görüş baş tutub. "Report"un məlumatına görə, D qrupunda yer alan Hollandiya və İspaniya komandaları üz-üzə gəlib.

Qarşılaşma İspaniyanın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Yığmanın heyətində 16-cı dəqiqədə Jordi Mboula, 52-ci dəqiqədə isə Abel Ruiz fərqlənib.

Bununla da D qrupunun ilk oyunları başa çatıb. İspaniya və İtaliya müvafiq olaraq 1 və 2, Serbiya və Hollandiya isə 3 və 4-cü pillələri bölüşürlər.

Qrupun növbəti oyunları mayın 9-da keçiriləcək.

Son xəbərlər

Orphus sistemi