Yuxarı
    Bağlamaq

    Azərbaycana qarşı oynayacaq Rusiyanın gənclər yığmasının tərkibi müəyyənləşib

    Avropa-2017 çempionatının seçim turnirində Azərbaycana qarşı oynayacaq Rusiyanın komandasının tərkibi müəyyənləşib

    Bakı. 02 noyabr. REPORT.AZ/ Futbol üzrə Avropa-2017 (U21) çempionatının seçim turnirində Azərbaycana qarşı oynayacaq Rusiyanın gənclər yığmasının tərkibi müəyyənləşib.

    Rusiyanın gənclər yığmasında qapıçılar Anton Mitryuşkin (“Spartak”), İqor Obuxov (“Zenit”), Aleksandr Selixov (“Amkar”) olacaq.

    Müdafiəçilər: Vyaçeslav Karavayev (“Yablonets”), Yevgeni Kirisov (“Domodedovo”), Vitali Lıstsov (“Benfika”), Mixail Merkulov (“Baykal”), Camaldin Xocaniyazov (“Orxus”), Nikita Çernov (MOİK), Vasili Çerov (“Krasnodar”), Denis Yakuba (“Kuban”).

    Yarımmüdafiəçilər: Dmitri Barinov, Sergey Makarov, Aleksey Mirançuk (hamısı “Lokomotiv”), Aleksey Qasilin (“Şalke”), Aleksandr Qolovin (MOİK), Ayaz Quliyev, Konstantin Saviçev (hər ikisi “Spartak”), Mixail Zemskov (“Şinnik”), Vladislav Levin, Aleksandr Taşayev (hər ikisi “Dinamo”).

    Hücumçular: Andrey Panyukov (“Ayaçço”), Ramil Şeydayev (“Rubin”).

    Azərbaycan yığması ilə görüş noyabrın 17-də Bakıda keçiriləcək.

    Dmitri Xomuxun rəhbərliyi ilə bu heyət, həmçinin Farer adaları yığmasına qarşı da oynayacaq. Oyun noyabrın 12-də Krasnodarda keçiriləcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi