Avroliqanın Bakı Olimpiya Stadionunda keçiriləcək final görüşünün tarixi açıqlanıb

Avroliqanın Bakı Olimpiya Stadionunda keçiriləcək final görüşünün tarixi açıqlanıb Çempionlar Liqasının final matçı isə iyunun 1-də "Metropolitano" stadionunda təşkil olunacaq
Futbol
20 Sentyabr , 2017 20:14
Avroliqanın Bakı Olimpiya Stadionunda keçiriləcək final görüşünün tarixi açıqlanıb

Bakı. 20 sentyabr. REPORT.AZ/ UEFA 2018-2019 mövsümündə Çempionlar Liqası və Avropa Liqasının final matçlarının məkanlarını və tarixlərini açıqlayıb. 

"Report"un məlumatına görə, Avropanın ən nüfuzlu klub turnirinin həlledici görüşü 2019-cu il iyunun 1-də İspaniyanın paytaxtı Madriddəki "Metropolitano" stadionunda təşkil olunacaq. Avroliqanın həlledici görüşü isə bundan üç gün tez - mayın 29-da Bakı Olimpiya Stadionunda baş tutacaq. 

Qeyd edək ki, UEFA Super Kuboku uğrunda görüş bu iki turnirin qalibləri arasında 2019-cu ilin avqustunda Türkiyənin İstanbul şəhərindəki "Wodafone Arena"da keçiriləcək.

Son xəbərlər

Orphus sistemi