Avroliqa: "Atletiko" "Lokomotiv"i məğlub edərək növbəti mərhələyə adlayıb - VİDEO

Avroliqa: "Atletiko" "Lokomotiv"i məğlub edərək növbəti mərhələyə adlayıb - VİDEO Komandalar arasında ümumi hesab 8:1 ispanların xeyrinə olub
Futbol
15 Mart , 2018 22:16
Avroliqa: Atletiko Lokomotivi məğlub edərək növbəti mərhələyə adlayıb - VİDEO

Bakı. 15 mart. REPORT.AZ/ Rusiyanın "Lokomotiv" klubu futbol üzrə Avropa Liqasının 1/8 finalının cavab matçı çərçivəsində "Atletiko"ya uduzub.

“Report” xəbər verir ki, Moskvanın "RJD Arena" stadionunda keçirilən görüş Madrid komandasının 5:1 hesablı qələbəsi ilə başa çatıb.

Komandaların Madriddə keçirilən görüşü 3:0 hesabı ilə ispanların xeyrinə yekunlaşdığından "Lokomotiv" turniri tərk edib, "Atletiko" isə 1/4 finala vəsiqə qazanıb.

Avropa Liqası. 1/8 final. 2-ci matç

"Lokomotiv" – "Atletiko M" - 1:5

Qollar: 0:1 – Korrea – 16, 1:1 – Rıbus – 20, 1:2 – Saul – 47, 1:3 – Torres – 65 (pen), 1:4 – Torres – 70, 1:5 – Qrizmann – 85

Son xəbərlər

Orphus sistemi