​Avrokuboklarda Azərbaycan klublarının oyunlarını idarə edəcək hakimlər məlum olub

​Avrokuboklarda Azərbaycan klublarının oyunlarını idarə edəcək hakimlər məlum olub Oyunları Bolqarıstan, Çexiya və Ukraynadan olan hakimlər idarə edəcək
Futbol
18 İyul , 2015 06:48
​Avrokuboklarda Azərbaycan klublarının oyunlarını idarə edəcək hakimlər məlum olub

Bakı. 18 İyul. REPORT.AZ/ Avropa kuboklarında mübarizə aparan Azərbaycan klublarının növbəti oyunlarını idarə edəcək hakimlər briqadası məlum olub.

"Report" xəbər verir ki, Azərbaycanı nüfuzlu Çempionlar Liqası turnirində təmsil edən "Qarabağ"ın Monteneqro "Rudar"ı ilə səfər qarşılaşması bolqarıstanlı hakimlər briqadasına həvalə edilib.

22 iyul

23:45. "Rudar" (Pljevlya, Monteneqro) - "Qarabağ" (Azərbaycan)

Baş hakim: Georgi Kabakov

Yan xətt hakimləri: Martin Marqaritov, Martin Venev

Dördüncü hakim: Nikolay Yordanov (hamısı Bolqarıstan)

UEFA hakim-inspektoru: Françesko Byanki (İsveçrə)

UEFA nümayəndəsi: Tuqomir Frayman (Sloveniya)

Avropa Liqasında mübarizəni II təsnifat mərhələsində davam etdirən "Qəbələ" və "İnter"in ev qarşılaşmalarını isə müvafiq olaraq Çexiya və Ukraynadan olan hakimlər briqadası idarə edəcək.

23 iyul

Avropa Liqası, II təsnifat mərhələsi, cavab görüşü

21:00. "Qəbələ" (Azərbaycan) - "Çukariçki" (Serbiya)

Baş hakim: Radek Prjixoda

Yan xətt hakimləri: İvo Nadvornik, Yakub Qrabovski

Dördüncü hakim: Pavel Orel (hamısı Çexiya)

UEFA hakim-inspektoru: Andreas Şluxter (İsveçrə)

UEFA nümayəndəsi: Per Svard (İsveç)

21:00. "İnter" (Bakı, Azərbayca) - "Hafnarfyördur" (İslandiya)

Baş hakim: Yaroslav Kozık

Yan xətt hakimləri: Semyon Şlonçak, İqor Alyoxin

Dördüncü hakim: Sergey Boyko (hamısı Ukrayna)

UEFA hakim-inspektoru: Cerrard Perri (İrlandiya)

UEFA nümayəndəsi: Artur Qaydels (Litva)

Son xəbərlər

Orphus sistemi