Yuxarı

Avrokubok finalında çıxış etmiş ilk türkiyəli futbolçu vəfat edib

Avrokubok finalında çıxış etmiş ilk türkiyəli futbolçu vəfat etdi

Türkiyə futbolunun və "Fənərbağça" klubunun əfsanəvi futbolçusu Can Bartu vəfat edib.

"Report"un məlumatına görə, sabiq yarımmüdafiəçi 83 yaşında dünyasını dəyişib.

30 yanvar 1936-cı ildə İstanbulda doğulmuş Can Bartu idmana "Fənərbağça"da basketbol oynayaraq başlayıb. Lakin qısa müddət sonra o, futbol bölməsinə keçib və 28 dəfə Türkiyə millisində forma geyinib. Legioner həyatı da yaşamış Bartu 1962-ci ildə İtaliya "Fiorentina"sının heyətində İspaniya "Atletiko"suna qarşı Kuboklar Kubokunun finalında çıxış etməklə avrokuboklarda həlledici görüş həyəcanı yaşayan ilk türk futbolçu kimi tarixə düşüb. 

Doğma klubunun heyətində 326 matçda 162 qol vuran sabiq oyunçu karyerasını 1971-ci ildə başa vurub. O daha sonra idman yazarı və televiya şərhçisi kimi uzun müddət çalışıb. Can Bartunun adı ötən il "Fənərbağça"nın Samandıra təlim-məşq bazasına verilib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi